21 yaşlı gənc iki polisi döydü

Yol polisi 10 Noyabr 2015 13:52 Oxunub 2032
21 yaşlı gənc iki polisi döydü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Novruzov saxlanılaraq polis bölməsinə təhvil verilib

Bakıda 21 yaşlı gənc iki polis əməkdaşını döyüb. Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, N.Rəfibəyli küçəsində qanunsuz reklam vərəqəsi paylayan şəxs saxlanılıb. 

Bu zaman o, ərazidə xidmətdə olan Post Patrul Xidməti Bölüyünün polis serjantları - 1985-ci il təvəllüdlü Rüfət Əhədova, 1990-cı il təvəllüdlü Xəyyam Məmmədova müqavimət göstərərək onları döyüb.

Həmin şəxs onlara yumruq və təpiklə vuraraq xəsarət yetirib.

Polisləri döyən Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Məhəmməd Novruzov saxlanılaraq polis bölməsinə təhvil verilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh