“Qazel” sürücüsü polisə rüşvət vermək istədi, əvəzində həbsə girdi

Maraqlı 11 Noyabr 2015 17:11 Oxunub 2151
“Qazel” sürücüsü polisə rüşvət vermək istədi, əvəzində həbsə girdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hökmə əsasən Azərbaycan vətəndaşı 48 min rubl cərimə ödəməlidir

Rusiyanın Volqoqrad şəhərində Azərbaycan vətəndaşı olan “Qazel” şoferi yol polisi əməkdaşına rüşvət vermək istəyib, əvəzində həbsə girib. Avtosfer.az xəbər verir ki, bu barədə virtualaz rusiya mətbuatına istinadən xəbər verir ki, rüşvət əhvalatı 2011-ci ildə baş verib, həmin şəxsi isə beş il sonra tutublar.

Bildirilir ki, metal tullantıları daşıyan Azərbaycan vətəndaşının idarə etdiyi yük maşınını 2011-ci ilin noyabrında yol hərəkəti qaydalarının pozulmasına görə saxlayıblar. Bu zaman məlum olub ki, daşınan yükün də sənədi yoxdur. Sürücü saxlanılıb və polis bölməsinə aparılıb. Polis bölməsində azərbaycanlı cinayət axtarış bölməsinin əməkdaşının masasının üstünə 4 min rubl qoyaraq onu buraxmasını xahiş edib.

Lakin əməliyyat müvəkkili rüşvətdən imtina edərək dərhal bu barədə rəisini məlumatlandırıb. Azərbaycanlının barəsində cinayət işi qaldırılıb və yaşayış yerini tərk etməmək şərti ilə azadlığa buraxılıb. Ancaq o, ertəsi gün Rusiyanı tərk edərək Azərbaycana qaçıb. Azərbaycanlının barəsində federal axtarış elan ediblər.

Bu ilin iyun ayında o, yenidən Rusiyaya qayıtmağa cəhd edib və sərhədi keçərkən tutulub. Azərbaycanlını bu dəfə həbsxanaya salıblar və noyabrın 10-da onun barəsində hökm çıxarılıb. Hökmə əsasən Azərbaycan vətəndaşı 48 min rubl cərimə ödəməlidir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh