Bakıda Formula-1 yarışlarına biletlərin satış tarixi açıqlandı

Yarışma 13 Noyabr 2015 12:12 Oxunub 1641
Bakıda Formula-1 yarışlarına biletlərin satış tarixi açıqlandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ümumilikdə 30 000-ə qədər tamaşaçı eyni vaxtda yarışları canlı izləyə biləcək

2016-cı ildə Bakı Şəhər Halqasında gerçəkləşəcək Formula 1 Avropa Qran Prisi üçün biletlərin satışı bu ilin sonlarına planlaşdırılıb. 

Avtosfer.az xəbər verir ki, bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Halqasından bildiriblər.

Məlumatda qeyd olunub ki, Beynəlxalq Avtomobil Federasiyası bir qayda olaraq məhz dekabr ayında Formula-1 yarışının yekun təqvimini ictimaiyyətə təqdim edir.

Müvafiq olaraq, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu yarış günləri təsdiqləndiyi zaman F1 həvəskarlarını bilet satışı ilə sevindirə biləcək.

Bakı Şəhər Halqasında yarışları izləmək üçün seçim imkanı verən müxtəlif tribunaların quraşdırılması nəzərdə tutulub. 20 000-ə yaxın oturacaqlı tribunalardan əlavə, yarışı ayaqüstü izləməyə imkan verən ərazilər də daxil olmaqla, ümumilikdə 30 000-ə qədər tamaşaçı eyni vaxtda yarışları canlı izləyə biləcək. 

İstər yarışların START və FINISH zonasını əhatə edəcək tribunalar, istərsə də təhlükəli döngələr üzrə ecazkar görüntü təmin edən digər tribunalar şəhər treki boyu yarışdan həftələr öncə hazır olacaq. 

Bakı Şəhər Halqasından bildirilib ki, bütün tribunaları özündə ətraflı əks etdirən xüsusi xəritə, eləcə də məkanlar üzrə məlumat və bilet satışı dekabr ayında Bakı Şəhər Halqasının rəsmi saytında yerləşdiriləcək.

Qeyd edək ki, uzunluğu 6 kilometrdən artıq olan “Bakı trası” uzunluğuna görə dünyada ikincidir. Bulvar ətrafında bolidlər saatda 340 kilometr sürəti yığa biləcəklər ki, bu da Bakıdakı trası ən sürətli traslardan edəcək.

Xatırladaq ki, Bakı 2016-cı ilin 19 iyun tarixində bu yarışa ev sahibliyi edəcək.

http://oxu.azstatic.com/uploads/W1siZiIsIjIwMTUvMTEvMTMvMTEvMTQvNDAvNTMzLzYuanBnIl0sWyJwIiwiZW5jb2RlIiwianBnIiwiLXF1YWxpdHkgODAiXSxbInAiLCJ0aHVtYiIsIjU5MHg1OTBcdTAwM2UiXV0?sha=47a21dc2

ŞƏRH YAZ
Ad

E-mail

Şərh