Polis kiminsə "başına" pul qoya bilərmi? - Günün sualı

Gündəm 13 Noyabr 2015 17:33 Oxunub 1129
Polis kiminsə "başına" pul qoya bilərmi? - Günün sualı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“ABŞ və Avropa ölkələrində belə təcrübədən istifadə olunur"

Ötən gün Şəkidə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Kimliyi bilinməyən şəxs idarə etdiyi maşınla 46 yaşlı Şəki sakinini vurub. Piyadanın öldüyünü görən naməlum sürücü qaçaraq hadisə yerini tərk edib. Cinayətkar sürücünün axtarışlarını davam etdirən Şəki Şəhər Polis İdarəsi Azərbaycan tarixində nadir hallarda rast gəlinən bir metoda əl atıb. 

Polis İdarəsindən piyadanı vurub qaçan sürücü ilə bağlı məlumat verən şəxsə onun anonimliyi qorunmaq şərti ilə 1000 manat məbləğində pul mükafatı verəcəyini bəyan ediblər.

Azərbaycanda polisin cinayətkarın axtarışı üçün pul mükafatı verməsi ilk dəf müşahidə olunduğundan insanların maraq və müzakirəsinə səbəb olub.

Avtosfer.az xəbər verir ki, bu barədə sabiq polis rəisi, ekspert Mahmud Hacıyev azvision.az-a açıqlamasında bildirib ki, dünya təcrübəsində belə metodlardan tez-tez istifadə olunur.

Ekspertin sözlərinə görə, cinayətdar sürücünün tapılması üçün elan edilən pul mükafatı həmin polis idarəsi rəisinin öz təşəbbüsü ilə həyata keçirilə bilər. “ABŞ və Avropa ölkələrində belə təcrübədən istifadə olunur. Bunun ölkəmizdə hansı qanunla, normativ aktla təmin olunduğunu dəqiq deyə bilmərəm. Dünya praktikasında bu xüsusilə ağır cinayətlərdə tətbiq olunur. Bunu sensasiya kimi deyil, qanunauyğunluq kimi qəbul etmək olar. Daxili işlər orqanlarında çalışdığım dövrdə bizdə də belə bir təklif olub. Polis idarəsinin rəhbərliyi də bunu tətbiq edirsə, burada qeyri-qanuni bir əməl yoxdur. Bu praktikada var və istifadə olunur”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh