Metroda dərman satılacaq

Gündəm 13 Noyabr 2015 17:35 Oxunub 1231
Metroda dərman satılacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Metrostansiyalarda dərman preparatlarının satılması müzakirə olunur

Bakı metrostansiyalarında satışlar yenidən genişləndirilə bilər. Avtosfer.az xəbər verir ki, bunu anspress-ə açıqlamasında Bakı Meropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib. Onun sözlərinə görə, stansiyalarda gül və kitablardan başqa bəzi dərman preparatlarının satışına da icazə verilə bilər. "Metro stansiyalarında gül, kitab, təcili lazım olan dərman preparatlarının satışı, çoxfunksiyalı aparatların istifadəsi nəzərdə tutulur. Çoxfunksiyalı aparatlar dedikdə salfet, su satan aparatlar nəzərdə tutulur", - deyən metropoliten rəsmisi qeyd edib ki, başqa məhsulların satışına icazə verilməyəcək.

Nəsimi Paşayev dərmanların hansı şərtlərlə satılacağından da danışıb. O, dərmanların xüsusi icazə ilə satılacağını, onlara xüsusi nəzarət olacağını bildirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh