Sürücünün “başına pul qoyulması” xəbərinə DİN-dən reaksiya

Gündəm 15 Noyabr 2015 00:06 Oxunub 1444
Sürücünün “başına pul qoyulması” xəbərinə DİN-dən reaksiya
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Orxan Mansurzadə: «Bu təklif həmin hadisə nəticəsində dünyasını dəyişmiş şəxsin yaxınlarından gəlib»

Daxili İşlər Nazirliyi (DİN) Şəki Şəhər-Rayon Polis Şöbəsi tərəfindən piyadanı öldürərək hadisə yerindən qaçan sürücünün “başına 1000 manat pul qoyulması” ilə bağlı mətbuatda yayılan xəbərlərə aydınlıq gətirib. Avtosfer.az-ın məlumatına görə, DİN mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə azvision.az-a bildirib ki, polisin sürücünün tapılması üçün 1000 manat mükafat verəcəyi barədə yayılan fikirlərin heç bir əsası yoxdur və həmin iddialar həqiqətdən uzaqdır: “Təcrübə göstərir ki, baş verən cinayətlərin yarıdan çoxu vətəndaşların krirminal hadisələr, hüquq pozuntuları barədə bilavasitə polis orqanlarına məlumat vermələri, onların yaxından iştirakı ilə açılır".

O.Mansurzadə vurğulayıb ki, mövcud qanunvericiliyə əsasən, Daxili İşlər Nazirliyi və ya ərazi polis orqanlarının rəhbərliyi tərəfindən cinayətlərin açılmasında, polis orqanlarına həvalə olunmuş vəzifələrin yerinə yetirilməsində fərqlənmiş əməkdaşlarla bərabər bu işdə fəallıq göstərmiş vətəndaşlar da mükafatlandırıla bilər: “Praktikada həvəsləndirmə metodu kimi sözügedən üsuldan istifadə olunur və bu, cinayətkarlıqla mübarizədə öz effektini verir. Amma Şəki rayonunda baş verən hadisəyə gəldikdə isə qeyd etməliyəm ki, söhbət heç də Şəki Şəhər-Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən yol-nəqliyat hadisəsi törədərək hadisə yerindən qaçmış şəxsin “başına pul qoymasından” getmir. Əslində bu təklif həmin hadisə nəticəsində dünyasını dəyişmiş şəxsin yaxınlarından gəlib. Onlar qəzanı törədən sürücünün qısa müddətdə tapılması üçün sonuncu barəsində məlumat verən istənilən şəxsə mükafat vermək niyyətində olduqlarını bildiriblər. Amma səhvən belə bir niyyətin olması polisin adına çıxılıb" - deyə DİN sözçüsü əlavə edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh