Zərərçəkən deyir özüm yıxıldım, məhkəmə deyir maşın vurub

Gündəm 14 Noyabr 2015 02:15 Oxunub 1644
Zərərçəkən deyir özüm yıxıldım, məhkəmə deyir maşın vurub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cəmil Həsənlinin qızının məhkəmə istintaqı başa çatdı

Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənlinin işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Avtosfer.az AzadlıqRadiosuna istinadən xəbər verir ki, bu barədə qərar noyabrın 13-də Bakı Apelyasıya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən iclasda verilib. Bundan əvvəl isə Günel Həsənlinin vəkili Adil İsmayılov bu iş üzrə təkrar rəy vermiş ekspertə etiraz verib. Vəkil etirazını əsaslandırarkən bildirib ki, qanun eyni ekspertin bir iş üzrə təkrar rəy verməsini qadağan edir: “Amma Günel Həsənlinin işi üzrə ibtidai istintaqda rəy vermiş Ceyhun Allahverdiyev apelyasiya instansiya məhkəməsində təyin olunmuş ekspertizada da rəy verib. Halbuki onun əvvəlki rəyinin obyektivliyi və əsaslılığı şübhə doğurduğuna görə müdafiə tərəfi təkrar ekspertiza keçirilməsi barədə vəsatət qaldırmış və məhkəmə də onu təmin etmişdi. Hər iki rəydə rentgenin nəticəsinə istinad olunur. Hanı o rentgen müayinəsi? İşin içində yoxdur. Ekspertə etirazı indi verməyimizə gəlincə isə bizə əvvəlcədən onun kimliyi barədə məlumat verilməyib. Biz təkrar rəyi alandan sonra bildik ki, eyni adam verib”.

Qeyd edək ki, həm ibtidai istintaqda, həm də budəfəki rəydə iş üzrə zərərçəkmiş qismində tanınan 87 yaşlı Ədilə Səlimovanın az ağır xəsarət aldığı göstərilib. Adil İsmayılov həmçinin bu ekspertiza rəyi verilərkən Cinayət-Prosessual Məcəllənin tələblərinin pozulduğunu bildirərək onun sübutlar siyahısından çıxarılmasını istəyib. Məhkəmə etirazı təmin etməyib. Rəyin sübutlar siyahısından çıxarılması barədə vəsatətə gəlincə isə hakim bildirib ki, bu məsələyə yekunda müşavirə zamanı qiymət veriləcək. Məhkəmə iclasında həmçinin Ədilə Səlimova barışıq ərizəsini təqdim edərək Günel Həsənli barədə cinayət işinə xitam verilməsini istəyib. Bundan sonra hakim məhkəmə istintaqının yekunlaşmasını təklif edib. Vəkil isə bu vəziyyətdə istintaqın tamamlanmasına etirazını bildirib. Vəkilin etirazına baxmayaraq məhkəmə istintaqının yekunlaşmasına qərar verilib. Ardınca çıxış edən dövlət ittihamçısı Günel Həsənlinin barəsində birinci instansiya məhkəməsinin çıxardığı hökmün qüvvədə saxlanılmasını istəyib. Vəkil Adil İsmayılov isə çıxışa hazırlaşmaq üçün vaxt istədiyindən məhkəmə noyabrın 19-na qədər təxirə salınıb.

Xatırladaq ki, Yasamal Rayon Məhkəməsi fevralın 22-də avtomobil qəzası ittihamı ilə Günel Həsənlini 1 il 6 ay müddətinə məntəqə tipli həbsxanada cəza çəkməyə məhkum edib. Zərərçəkən 87 yaşlı Ədilə Səlimova isə mətbuata deyib ki, özünü yaxşı hiss etmədiyi üçün müvazinətini itirərək yıxılıb və bu zaman Günel Həsənli avtomobili ilə ona yüngülcə toxunub. Sürücü daha sonra onu həkimə aparıb və rentgen müayinəsi zamanı hər hansı çıxıq, sınıq, əzik qeydə alınmayıb

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

useid 15 Noyabr 2015 16:06
Hani bu Cemil Hesenli duz adamiydi Ne oldu, qizi cinayet toredende pul verib yashli qadina agzini yumub. Harda qaldi duzgun Cemil Hesenli. Duzdu, ish haminin bashina geler. Allah qorusun. O qiz da bedbext olmasin. Istemirik. Amma atasi rushvet verib, bu 100 di.