Metroda əlbəyaxa dava - Sərxoş sərnişin qadını təhqir etdi

Gündəm 15 Noyabr 2015 00:02 Oxunub 1270
Metroda əlbəyaxa dava - Sərxoş sərnişin qadını təhqir etdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Davaya səbəb sərnişinlərdən birinin qadını təhqir etməsi olub

Bakı Metropolitenində əlbəyaxa dava olub. Avtosfer.az report-a istinadən xəbər verir ki, metronun "Neftçilər" stansiyasında qatarda iki sərnişin əlbəyaxa dava edib. Davaya səbəb sərnişinlərdən birinin qadını təhqir etməsi olub.

Polis hadisəyə müdaxilə edib. Qadını təhqir edən sərxoş sərnişin polisi də təhqir edərək müqavimət göstərib. Hadisə yerinə bir neçe polis əməkdaşı gəlib sərxoş sərnişini növbətçi hissəyə aparıblar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh