Bakının bir neçə küçəsi bağlandı - FOTO

Gündəm 16 Noyabr 2015 11:18 Oxunub 1193
Bakının bir neçə küçəsi bağlandı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
NİİM alternativ küçələrin adlarını açıqlayıb

Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib. Avtosfer.az xəbər verir ki, bu barədə NİİM-dən verilən məlumata görə, Mikayıl Əliyev küçəsinin Rüstəm Rüstəmov küçəsi ilə kəsişməsində yerləşən dairədə təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb.

Sürücülərə alternativ olaraq Qara Qarayev prospekti və Bəkir Çobanzadə küçəsindən istifadə etmələri tövsiyə olunur. Digər məlumata əsasən, təmir işləri ilə əlaqədar olaraq Ramiz Quliyev küçəsində də nəqliyyat vasitələrinin hərəkəti hər iki istiqamətdə tam məhdudlaşdırılıb. Sürücülərə alternativ olaraq Süleyman Əhmədov küçəsindən və Gəncə prospektindən istifadə etmələri tövsiyə olunur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh