Xalq artistinə faciə yaşadan məmur oğlu Ali Məhkəməyə müraciət edib

Gündəm 16 Noyabr 2015 11:48 Oxunub 1452
Xalq artistinə faciə yaşadan məmur oğlu Ali Məhkəməyə müraciət edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xalid Mədətov 5 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 12 il müddətinə azadlıqdan məhrum olunub

Xalq artisti Ağasəlim Abdullayevin ailə faciəsi ilə nəticələnən yol qəzasına səbəb olan Xalid Mədətov Ali Məhkəməyə müraciət edib. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, X.Mədətov barəsində olan hökmdən kassasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib. Onun şikayəti əsasında məhkəmə prosesi noyabrın 17-də başlayacaq. Qeyd edək ki, Zığ şossesində Abdullayev Vüqar Ağasəlim oğlunun idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Mədətov Xalid Mübariz oğlunun idarə etdiyi “Mercedes-Benz G-55” markalı avtomobil toqquşub. Nəticədə “VAZ-2106”da olan sərnişinlər - 1959-cü il təvəllüdlü Briliant Abdullayeva və 2008-ci il təvəllüdlü Ağasəlim Abdullayev hadisə yerində ölüb, 1950-ci il təvəllüdlü Ağasəlim Abdullayev və 1984-cü il təvəllüdlü Səadət Abdullayeva isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik xəstəxanasına yerləşdiriliblər. Sürücü X. Mədətov narkoloji tibbi müayinədən keçirilərkən orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X.Mədətov 5 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 12 il müddətinə azadlıqdan məhrum edilib. Həmin hökmdən X. Mədətovun verdiyi apellyasiya şikayəti təmin edilməyib.  

X.Mədətov Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq sədr müavini Mübariz Mədətovun oğludur. Həmin hadisədən 2 gün sonra isə ölkə prezidentinin sərəncamı ilə Mübariz Mədətov tutduğu vəzifədən azad edilib, oğlu isə həbs olunub.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh