Geriyə dönmək istəyən sürücü nə etməlidir? - DOĞRU CAVAB

Yarışma 16 Noyabr 2015 12:22 Oxunub 2050
Geriyə dönmək istəyən sürücü nə etməlidir? - DOĞRU CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavab vermiş oxucunun adını açıqlayır. Sual yolda sürət rejimi ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir: 

Geriyə dönmək istəyən minik avtomobilinin sürücüsü nə etməlidir?

A) Sağa dönən avtobusa yol verdikdən sonra dönməlidir;

B) Avtobusa yol vermədən ilk olaraq dönməlidir;

C) Bu vəziyyət qaydalarla tənzimlənmədiyindən sürücülər öz aralarında anlaşmaya uyğun hərəkət etməlidirlər.

Sualın doğru cavabı belədir: «Yol hərəkəti haqqında» qanunun 76-cı maddəsinin 2-ci hissəsinə əsasən,  svetoforun sarı və ya qırmızı siqnalı ilə eyni vaxtda əlavə bölməsində yandırılmış ox işarəsi istiqamətində hərəkət edən sürücü başqa istiqamətlərdən gələn nəqliyyat vasitələrinə yol verməlidir. Şəkildə avtobus məhz belə vəziyyətdədir və minik avtomobilinə yol verməlidir. Deməli, sualın doğru cavabı “B” variantı olacaq:  Geriyə dönmək istəyən minik avtomobilinin sürücüsü avtobusa yol vermədən ilk olaraq dönməlidir.

Suala ilk doğru cavabı Natiq Nəcəfov adlı oxucumuz verib. Onu təbrik edirik. «Mutlu» akkumulyatorundan hədiyyəni əldə etmək üçün 055 335 15 59-a zəng etmək xahiş olunur. 

Qeyd edək ki, sualın sponsoru «Mutlu» akkumulyatorlarıdır.

«Mutlu» haqqında:

«Mutlu» akkumulyatorları 1955-ci ilden beri istehsal olunur. Dünya bazarında rəqabət, istehsal və xidmətdə keyfiyyəti ön plana çıxaran Mutlu akkumulyatorları dünyanın 30 ölkəsinə ixrac olunur. İxracat Avropa, Türk birliyi və MDB-nin qabaqcıl ölkələrinə üstünlük təşkil edir. Azərbaycanda isə bu akkumulyatorların rəsmi distribyutoru "Avtokrat" MMC – dir.

Dünyanın "Mercedes", "Toyota", "Hyundai", "Ford", "Opel", "Renault", "İsuzu", "Fiat" kimi böyük avtomobil istehsalçıları avtomobillərin ilkin komplektləşməsi üçün yüksək keyfiyyət göstəricilərinə və dünya bazarına uyğun texnologiya seçimi ilə seçilən MUTLU akkumulyatorlarını seçirlər.

«Mutlu» şirkəti İSO 9001, İSO14001, QS 900 və Azərbaycan Respublikasının Standartlaşdırılma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Uyğunluq Sertifikatına malikdir.

Azərbaycanda təqdim olunan Mutlu akkumulyatorlarının rəsmi distribyutoru "Avtokrat" MMC-nin Bakı şəhərində 2 servis, 200-dən çox satış məntəqələr i, Şimal və Qərb bölgələrinin dilerlik satış məntəqələri fəaliyyət göstərir. Müştəri məmnuniyyətini keyfiyyətilə qazanmış MUTLU akkumulyatorları müştərilərinə servis və 24 aylıq zəmanət xidməti təqdim edir.

İldə 5 milyondan artıq akkumulyator istehsal edən Mutlu akkumulyatorları Türkiyə Respublikasında idxal və ixraca görə ilk sırada gəlir. Dünyanın 3 qitəsini əhatə edən Mutlu akkumulyatorları Azərbaycanda çox qısa müddətdə bazarın 20%-i əldə edib. Mutlu akkumulyatorlarının Azərbaycanda rəsmi distribyutoru "Avtokrat" MMC Azərbaycanın qabaqcıl dövlət və özəl sektorlarıyla əməkdaşlıq edir. "Procter and Gamble", "Azal", "Azpetrol", "Azərkörpü", "Socar", "Azərsun Holding", "Honda", "Toyota" kimi şirkətlər bizimlə əməkdaşlıq edir.

Ən keyfiyyətli xidməti, ən sürətli şəkildə həyata keçirən "Avtokrat" MMC şirkəti sizinlə də əməkdaşlığa ümid edir.

Öyrənək, öyrədək!

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh