Sürücü belə vəziyyətdə nə etməlidir? - YENİ SUAL

Yarışma 16 Noyabr 2015 20:48 Oxunub 2364
Sürücü belə vəziyyətdə nə etməlidir? - YENİ SUAL
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az bu həftənin yeni sualını təqdim edir. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sualımız yolayrıcını keçmə qaydaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Bu yolayrıcını düzünə keçmək istəyən sürücü belə vəziyyətdə nə etməlidir?

A) Mütləq sağa dönməlidir;

B) Arxadan gələn yoxdursa, svetoforun əsas yaşıl işıq bölməsinin yanmasını gözləyərək bundan sonra düzünə hərəkət etməlidir;

C) Sol hərəkət zolağına yerdəyişmə etməli, svetoforun əsas yaşıl işıq bölməsinin yanmasını gözləyərək bundan sonra düzünə hərəkət etməlidir.

Qeyd edək ki, sualın sponsoru «Mutlu» akkumulyatorlarıdır. Suala ilk və doğru, daha əhatəli cavab verən şəxs «Mutlu» akkumulyatoru qazanacaq. Lakin bu dəfə suala «Mutlu»nun facebook səhifəsində cavab vermək lazımdır. Həmin səhifəyə keçid buradandır. Link:

https://www.facebook.com/Mutlu-Ak%C3%BC-Az%C9%99rbaycan-449265068566280/?ref=bookmarks

 «Mutlu» haqqında:

«Mutlu» akkumulyatorları 1955-ci ilden beri istehsal olunur. Dünya bazarında rəqabət, istehsal və xidmətdə keyfiyyəti ön plana çıxaran Mutlu akkumulyatorları dünyanın 30 ölkəsinə ixrac olunur. İxracat Avropa, Türk birliyi və MDB-nin qabaqcıl ölkələrinə üstünlük təşkil edir. Azərbaycanda isə bu akkumulyatorların rəsmi distribyutoru "Avtokrat" MMC – dir.

Dünyanın "Mercedes", "Toyota", "Hyundai", "Ford", "Opel", "Renault", "İsuzu", "Fiat" kimi böyük avtomobil istehsalçıları avtomobillərin ilkin komplektləşməsi üçün yüksək keyfiyyət göstəricilərinə və dünya bazarına uyğun texnologiya seçimi ilə seçilən MUTLU akkumulyatorlarını seçirlər.

«Mutlu» şirkəti İSO 9001, İSO14001, QS 900 və Azərbaycan Respublikasının Standartlaşdırılma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Uyğunluq Sertifikatına malikdir.

Azərbaycanda təqdim olunan Mutlu akkumulyatorlarının rəsmi distribyutoru "Avtokrat" MMC-nin Bakı şəhərində 2 servis, 200-dən çox satış məntəqələr i, Şimal və Qərb bölgələrinin dilerlik satış məntəqələri fəaliyyət göstərir. Müştəri məmnuniyyətini keyfiyyətilə qazanmış MUTLU akkumulyatorları müştərilərinə servis və 24 aylıq zəmanət xidməti təqdim edir.

İldə 5 milyondan artıq akkumulyator istehsal edən Mutlu akkumulyatorları Türkiyə Respublikasında idxal və ixraca görə ilk sırada gəlir. Dünyanın 3 qitəsini əhatə edən Mutlu akkumulyatorları Azərbaycanda çox qısa müddətdə bazarın 20%-i əldə edib. Mutlu akkumulyatorlarının Azərbaycanda rəsmi distribyutoru "Avtokrat" MMC Azərbaycanın qabaqcıl dövlət və özəl sektorlarıyla əməkdaşlıq edir. "Procter and Gamble", "Azal", "Azpetrol", "Azərkörpü", "Socar", "Azərsun Holding", "Honda", "Toyota" kimi şirkətlər bizimlə əməkdaşlıq edir.

Ən keyfiyyətli xidməti, ən sürətli şəkildə həyata keçirən "Avtokrat" MMC şirkəti sizinlə də əməkdaşlığa ümid edir.

Öyrənək, öyrədək!

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

ferid 16 Noyabr 2015 22:50
cavab a. yalniz saga donmelidir
Hasan Sultanov 16 Noyabr 2015 22:43
A varianti - Mütləq sağa dönməlidir;
Zamin Hüseynov 16 Noyabr 2015 22:39
A Mütləq sağa dönməlidir