Avtomobili hicabsız idarə edən qadınlara yeni cəza

Qaydalar 16 Noyabr 2015 19:25 Oxunub 1669
Avtomobili hicabsız idarə edən qadınlara yeni cəza
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Maşın əllərindən alınacaq və haqlarında cinayət iş açılacaq

İranda hicabsız avtomobil idarə edən qadınların avtomobilləri əllərindən alınacaq. Avtosfer.az-ın Türkiyənin "Sabah" qəzetinə istinadən verdiyi xəbərə görə, İranda avtomobil idarə edərkənq hicabsız qadınların avtomobilləri əllərindən alınacaq və haqlarında cinayət iş açılacaq. İran polisindən verilən şərhdə artıq qadınların avtomobil istifadə edərkən  hicabsız vəziyyətdə avtomobilləri əllərindən alınıb, avtomobilləri bir həftəlik əllərindən alınıb, haqlarında cinayət işi açılıb. Keçən həftə 10 minə qədər maşın sürücüsünə xəbərdarlıq edilib. Bunların 2 minə qədəri sosial normaları pozanlardır. Ancaq yeni tədbirlərlə avtomobillərin əllərindən alınması ölkə daxilində etibarlıdır. Polis Baş Direktor Müavini Səid Montazer-ol-Mehdi polislərin prokurorluq tərəfindən bu cür addımları atmaları barədə lisenziya verildiyini qeyd edib. Səid Montazer-ol-Mehdi əgər yol polisi maşında  hicabsız bir qadına rast gələrsə, sürücü, ya da sərnişin olmasından asılı olmayaraq avtomobil bir həftəlik alınacaq.

Bəzi maşın sahiblərinə cəza veriləcək, bəziləri isə məhkəməyə intiqal etdiriləcək. Bu tədbirlər nəqliyyatda pis davranışlar nümayiş etdirən kişi sürücüləri də hədəf alan bir sıra tədbirlərin bir parçasıdır. 

Qeyd edək ki, İranda xaricilər də daxil bütün qadınların başlarını örtməsi məcburidir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh