Yol polisindən sərxoş sürücülərlə bağlı təsirli - VİDEO

Qaydalar 18 Noyabr 2015 00:11 Oxunub 2608
Yol polisindən sərxoş sürücülərlə bağlı təsirli - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Spirtli içki qəbul edərək sükan arxasına əyləşənləri bu aqibət gözləyir

Bəzən sürücülər «50-100 qramla heç nə olmaz» deyib spirtli içki qəbul edərək sükan arxasına əyləşirlər. Ən təəssüfə doğuran hal isə budur ki, bəziləri bunu bilərəkdən edir və hətta ailə-uşağı da maşına mindirib yola çıxır. Avtosfer.az-ın məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsi məhz bu cür sürücülərə aid sosial çarx hazırlayıb. DYP bu video vasitəsilə sürücüləri spirtli içki qəbul edərək sükan arxasına əyləşməkdən çəkinməyə çağırır.

Qeyd edək ki, sükan arxasına spirtli içki qəbul edərək əyləşən sürücüləri ən yaxşı halda 300 manat və ya sürücülük hüququnun məhdudlaşdırılması cəzası, ən pis halda isə xəstəxana və ya o dünya gözləyir. Odur ki, bu əməllərdən çəkinmək lazımdır.

Avtosfer.az Baş DYPİ-nin hazırladığı həmin videonu təqdim edir:

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh