Minik avtomobili paylandı - 95 nəfərə

Avtodünya 18 Noyabr 2015 14:55 Oxunub 1688
Minik avtomobili paylandı - 95 nəfərə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 95 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsə “Naz-LİFAN” markalı minik avtomobilləri verilib.

Avtosfer.az xəbər verir ki, bu barədə Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlardan 47 nəfəri Qarabağ müharibəsi, 15 nəfəri Böyük Vətən müharibəsi, 1 nəfəri 20 Yanvar, 10 nəfəri Çernobıl AES əlili, 22 nəfəri isə hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olanlardır.

Avtomobillərin təqdim olunması tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov 2014-cü ilədək növbədə dayanan bütün imtiyazlı şəxslərin avtomobillə təminatının başa çatdırıldığını vurğulayıb: “Hətta keçən il 2014-cü il ərzində növbəyə dayananların avtomobillə təmin olunmasına başlanılıb və onlardan da 67 nəfərinə minik avtomobili verildi. Son üç ay ərzində isə artıq 400 nəfər müvafiq şəxsə minik avtomobili təqdim olunub”.

Nazir müavini bildirib ki, indiyə qədər dövlət tərəfindən avtomobil verilmiş 5 750 nəfərə yaxın müharibə əlili və onlara bərabər tutulan şəxsin 33,6%-i, yəni 1 933 nəfəri məhz keçən il və cari ilin ötən dövründə avtomobillə təmin edilib. Əlilliyi olan şəxslərin sosial təminatlarının gücləndirilməsi ilə bağlı digər sahələrdə də görülən məqsədyönlü işləri qeyd edən İ.Rəhimov bu işlərin qarşıdakı dövrdə də uğurla davam etdiriləcəyini diqqətə çatdırıb.

Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev, ayrı-ayrı əlil ictimai təşkilatlarının rəhbərləri əlilliyi olan insanların rifah halının yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlərin Azərbaycanın sosial dövlət statusunun, ölkə rəhbəri tərəfindən aparılan sosial yönümlü siyasətin əyani təzahürü olduğunu ifadə ediblər.

Minik avtomobili ilə təmin olunan müharibə əlilləri və onlara bərabər tutulan şəxslər ölkəmizin dinamik inkişafı şəraitində bütün sosial proqramların, o cümlədən onların təminatının gücləndirilməsinə yönələn tədbirlərin uğurla davam etdirilməsindən razılıqla bəhs ediblər.







ŞƏRH YAZ
Ad

E-mail

Şərh