Velotrekdə məktəblilərin yarışı keçirilib - FOTO

Yarışma 19 Noyabr 2015 02:11 Oxunub 1709
Velotrekdə məktəblilərin yarışı keçirilib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yasamal rayonunun orta məktəbləri arasında rayon çempionatı keçirilib

Yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, perspektivli idmançıların seçilməsi və velosiped idmanında kütləviliyin təmin olunması məqsədilə Respublika Velotrekində Yasamal rayonunun orta məktəbləri arasında rayon çempionatı keçirilib. Azərbaycan Velosiped İdmanı Federasiyasından verilən məlumata görə, yarışda hər birinin tərkibində 3 oğlan və 1 qız olan 18 komanda iştirak edib. Reqlamentə görə, kollektivlər 800 metrlik marşrut boyunca estafet sistemi üzrə yarışıblar. Nəticələrə gəlincə, 1-ci yerə Bakı Avropa Liseyinin komandası layiq görülüb. 13 və 158 saylı məktəblərin komandaları isə müvafiq olaraq 2-3-cü yerləri tutublar. Qarşıdakı günlərdə paytaxtın digər rayonlarının məktəbləri arasında da anoloji yarışlar təşkil ediləcək. Bu yarışlarda ilk 3 yeri tutan komandalar isə final mərhələsi gələn ilin yanvarında təşkil ediləcək Bakı şəhər çempionatında iştirak hüququ əldə edirlər.

 

Fidan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh