Evakuator prezidentlərin sürdüyü maşını qaldıra bilmədi - VİDEO

Avtodünya 20 Noyabr 2015 23:47 Oxunub 7480
Evakuator prezidentlərin sürdüyü maşını qaldıra bilmədi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bahalı avtomobili yerindən qaldıra bilməyən polis çarəsiz qalıb

Amerikada yol polisi qayda pozan maşınlara bahalı və ya ucuz olmasına görə yanaşmır. Avtosfer.az-ın təqdim etdiyi bu videodan da göründüyü ki, polis dayanma-durma qaydalarını pozan bahalı avtomobili evakuasiya etmək istəyir. Lakin maşını yerindən qaldıra bilməyən polis çarəsiz qalıb. «Maybach-62S» o qədər ağır olub ki, onu qaldırıb evakuatora yükləmək üçün gətirilən kranın gücü çatmayıb. Bunun üçün edilən bütün cəhdlər uğursuz alınıb və sonda polis maşını oradacı tərgedərək uzaqlaşıb. 

Qeyd edək ki, «Maybach» modeli dünyanın bahalı brendlərindən biridir və sifarişlə hazırlanır. Bu avtomobillərin ilkin qiyməti 400 min dollardan başqlayır. «Maybach-62S» modelini dünyanın bəzi dövlətlərin prezidentləri xidməti avtomobil kimi istifadə edir. Bu maşınlara sifarişlə zireş yığılır və qiyməti 1 milyon dollara qədər qalxır.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh