Qayda pozan yarım milyonluq maşını sürüyüb apardılar - VİDEO

Avtodünya 26 Noyabr 2015 01:49 Oxunub 3676
Qayda pozan yarım milyonluq maşını sürüyüb apardılar - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol polisi «Lamborghini»ni cərimə meydançasına aparmaq üçün xeyli əziyyət çəkib

Super maşına sahib olmanız yolun istənilən yerində park etmək haqqı vermir. Kann polisleri «Lamborghini Gallardo» ilə buna nümunə göstərib. Avtosfer.az-ın məlumatına görə, polislər qadağan olunmuş yerde park edilən «Lamborghini»ni dartmaq üçün çox yoxsul bir maşın gətiriblər. Yəni, evakuator funksiyasını yerinə yetirən avtomobil dəyəri yarım milyon olan «Lamborghini»ni aparmağa çətinlik çəkib. Onlar avtomobili evakuasiya vəziyyətinə gətirənə kimi xeyli əziyyət çəkiblər. Deyəsən, dünyanın hər yerində bahalı avtomobili evakuasiya etmək, bahalı maşın sürən sürücüyə cərimə yazmaq qeyri-adi hadisə sayılır. Bu prosesdə insanlar ətrafa toplaşaraq polisin bahalı avtomobili cərimə dayanacağına aparmasını maraqla seyr ediblər. Həmin görüntüləri təqdim edirik:

 

Fidan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh