Heydər Əliyev prospekti açıldı

Avtoxəbər 15 Aprel 2014 00:00 Oxunub 1953
Heydər Əliyev prospekti açıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu gün axşam isə üfüqi nişanlama işlərinin aparılması ilə əlaqədar prospektin köməkçi yolları bağlanacaq

Bakının mərkəzi prospekti sayılan Heydər Əliyev prospektinin "Bazarstor" ticarət mərkəzinin qarşısından Böyükşor qovşağına qədər hissədə yolun üfüqi nişanlanması işlərinin aparılması ilə əlaqədar bağlanmış əsas hissəsi açılıb. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib ki, yolun hərəkət hissəsinin üfüqi nişanlanması (hərəkət istiqamətini göstərən oxlar, piyadalar üçün zebra tipli keçid yeri, üçbucaq formalı nişanlanma, ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanma yerinin nişanlanması, avtobus dayanacağının nişanlanması və s.) işlərinin aparılması məqsədilə prospektin əsas yolu dünən, aprelin 14-də axşam saat 22:00-dan etibarən bağlanıb. Artıq işlər bu gün səhər saatlarınadək yekunlaşdırıldığından əsas yol sürücülərin istifadəsinə verilib. Bu gün axşam saat 22:00-dan etibarən isə üfüqi nişanlama işlərinin aparılması ilə əlaqədar prospektin köməkçi yolları bağlanacaq.

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh