Ərəb dilində danışdıqları üçün təyyarəyə buraxılmadılar

Maraqlı 22 Noyabr 2015 00:02 Oxunub 1514
Ərəb dilində danışdıqları üçün təyyarəyə buraxılmadılar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Olay Çikaqo-Filadelfiyaya aviareysində olub

Çikaqodan Filadelfiyaya uçan təyyarəyə iki sərnişin ərəb dilində danışdıqları üçün buraxılmayıblar. Xarici medianın verdiyi xəbərə görə, pitseriya sahibi olan Maher Xəlil deyib ki, o, dostu ilə “Southwest Airlines” hava şirkətinin reysinə qeydiyyatdan keçərkən hava limanının əməkdaşı digər sərnişinlərin onlarla bir təyyarədə uçmaqdan çəkindiklərini bildirib. Xəlil indiyədək heç vaxt belə vəziyyətlə üzləşmədiyini deyib. Məlumatda qeyd edilir ki, hava şirkəti həmin sərnişinlərə digər reysdə iki yer bron ediblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh