Taksilər dayanacağı zəbt edib: tıxacın ardı kəsilmir - ŞİKAYƏT

Qaydalar 22 Noyabr 2015 00:53 Oxunub 1851
Taksilər dayanacağı zəbt edib: tıxacın ardı kəsilmir - ŞİKAYƏT
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtobuslar üçün nəzərdə tutulmuş dayanacaqlar taksi sürücüləri tərəfindən zəbt edilib

"Azadlıq prospeki" metrostansiyası yaxınlığında dayanan taksilərin ucbatından hər gün tıxac problemi yaşanır. Avtosfer.az xəbər verir ki, kent.az-a daxil olan şikayətdə deyilir ki,  8 mkr, Axundov küçəsində yerləşən və sərnişin avtobusları üçün nəzərdə tutulmuş dayanacaqlar taksi sürücüləri tərəfindən zəbt edilib. Şikayətdə o da qeyd edilir ki, taksilərin çoxluğu yolda daima tıxaca, taksi sürücülərinin mübahisə və qışqırıqları ətrafda səs-küyə səbəb olur. Fotolardan da göründüyü kimi, dayanacaqlarda taksilər saxlandığından avtobuslar yolun tən ortasında dayanıb sərnişinləri düşürür və mindirirlər.

Bu haldan narazı olan vətəndaşlar aidiyyatı qurumlardan məsələnin həll edilməsini xahiş edir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh