Bakıda ən bahalı 10 maşın – SİYAHI

Avtodünya 23 Noyabr 2015 12:39 Oxunub 4337
Bakıda ən bahalı 10 maşın – SİYAHI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
1,5 milyon dollarlıq “Lamborcini”

Azərbaycanın avtomobil bazarında ən bahalı maşın dəyişməz olaraq qalır. Avtosfer.az xəbər verir ki, bu barədə axar.az-ın hazırladığı siyahıda “Lamborghini” hələ də liderliyi əldən verməyib. Bu maşının qiyməti fantastik məbləğə - 1,5 milyon dollaradır.

Ölkəmizə gətirilən “Ferrari”lər 2013 modeldir və hər birinin qiyməti minimum 450 min avrodur. Bəzilərininki isə daha bahadır - 600 min avronu keçir. 

“Mercedes S 65 AMG” markalı avtomobili 411 min dollar ödəməklə əldə etmək mümkündür. “Mersedes GL 63 AMG” də geri qalmır, nə az, nə çox - 380 min dollara təklif olunur.

“Bently Mulsani” nisbətən daha ucuzdur, 375 min dollarla bu brend markanın sükanı arxasına keçmək olar. “Rolls-Royce Pantom”u isə 325 min dollardan başlayır.

“Cadillac Escalade” və “Mercedes S 500” markalı maşınların qiyməti oxşardır – 285 min dollar.

Satışa çıxarılan “Mercedes-Maybach S-Klass 500” markalı avtomobil sürmək istəyənlər 315.500 dollarından keçməlidir.

Bahalı maşınlar sırasında “Land Rover - Range Rover” maşınları da yer alır. Bu model 280 min dollardan ucuz deyil.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh