Yol polisindən sürücülərə inanılmaz radar tələsi – ŞOK VİDEO

Yevlax-Gəncə yolunda analoqu olmayan radar aşkarlanıb. Bu dəfə yol polisləri radarı elə yerdə gizlədiblər ki, dünyaca məhşur olan öncəgörən Vanqa da onu görə bilməzdi…
Avtosfer.az-ın əməkdaşları sürücülərdən daxil olan məlumatlar əsasında qeyd olunan yolda müşahidələr aparıblar və işıq dirəyində gizlədilmiş radar üzə çıxıb. Əməkdaşlarımızın çəkdiyi videodan aydın olur ki, beton dirək əslində yolu işıqlandırmaq üçün nəzərdə tutulmayıb. Bu dirək elektrik naqillərini ötürmək üçün nəzərdə tutulub. Lakin Yevlax-Gəncə yolunun Gəncə şəhəri istiqamətində gizli şəkildə həmin dirəyin başına dəmir «plafon» qoyulub. «Plafon»un içərisinə isə yüksək peşəkarlıqla radar qurğusu yerləşdirilib. Kənardan baxanda bunu sadəcə olaraq yolu işıqlandırmaq üçün nəzərdə tutulan işıq dirəyi zənn etmək olar. Amma yolun o hissəsində bu dirəkdən başqa işıq dirəyi yoxdur.
Bu qurğu elə yerdə yerləşdirilib ki, həmin yolu hər iki istiqamətdən çəkir. Yəni, Gəncəyə gedənlər də, gələnlər də bu radarın hədəfinə tuş gələ bilər.
Apardığımız müşahidələrdən sonra məlum oldu ki, həmin yolda qanuni radarlar da mövcuddur. Sadəcə olaraq yolun hər iki istiqamətindəki qanuni radarların arasında təxminən 3 km məsafə boş qalır ki, sürücülər həmin məsafədə sürət həddini aşırlar. Yol polisi əməkdaşları də bu boşluğu doldurmaq və sürücüləri cəzalandınmaq üçün əraziyə bu cür «peşəkarlıqla» radar yerləşdiriblər.
Yevlax-Gəncə yolundakı qanunsuz radarla bağlı xəbərə Baş Dövlət Yol Polis İdarəsindən münasibət bildirilib. İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev “plafon”unun altındakının radar kamerası yox, işıq patronu olduğunu deyib. Onun sözlərinə görə, işıq “plafon”unun altındakı işıq patronudur və qanunsuz radardan söz belə gedə bilməz: “Birincisi, orada heç bir radar kamerası quraşdırılmayıb, videoda görünən sadəcə işıq patronudur. İkincisi də, əgər ərazidə maksimum sürət həddini müəyyənləşdirən, radarın fəaliyyət göstərməsini bildirən 6.14 yol nişanı varsa, istənilən yerdə radar quraşdırıla bilər. Bu gün yol polisində olan bütün radarlar: istər stasionar, istərsə də mobil radarlar mərkəzi informasiya sisteminə inteqrasiya olunub. Əgər hər hansı bir radar avtomobilin sürət həddini aşdığını qeydə alarsa, dərhal mərkəzi informasiya sisteminə göndərir. Yazıda göstərilən 3 km ərazidə boşluq olduğu üçün yol polislərinin qanunsuz radar yerləşdirməsi məsələsi tamamilə yanlışdır. Şəklə baxan hamı anlayar ki, orada kamera yox, işıq patronu var. İnspektor istəsə aşağıda da radarı yerləşdirər. Onun dirəyə çıxıb elektrik naqillərinin içərisinə kamera yerləşdirməsinə ehtiyac yoxdur”.
Elmin
“Audi” məşhur mühərriklə bağlı fikrini dəyişdi
Keyfiyyətsiz yanacağa görə mühərrik yağları bahalaşır
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər











