«Keç yeraltı keçiddən, uzaq ol təhlükədən!» - FOTO + VİDEO

Qaydalar 24 Noyabr 2015 16:31 Oxunub 1956
«Keç yeraltı keçiddən, uzaq ol təhlükədən!» - FOTO + VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
NİİM və “Azəryolservis” ASC-dən növbəti maarifləndirici aksiya

Yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, uşaqların hadisələrdə zərər çəkmələri onların  davranışından asılıdır. Bu üzdən yol hərəkəti qaydalarının öyrədilməsi və bu istiqamətdə maarifləndirici aksiyaların keçirilməsinin çox böyük əhəmiyyəti var. Yol hərəkəti qaydalarına riayət edilməsi və ictimai nəqliyyatdan düzgün istifadə qaydaları haqda maarifləndirmə işləri məktəblərin, aidiyyəti üzrə təşkilatların və  bütün ictimaiyyətin diqqət mərkəzində  olmalıdır. Hər il bu istiqamətdə tədbirlər keçirən Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi və “Azəryolservis” ASC tərəfindən ictimai nəqliyyatdan və piyada keçidlərindən düzgün istifadə ilə bağlı növbəti maarifləndirici aksiya təşkil olunub. “Azəryolservis”dən Avtosfer.az-a verilən məlumata görə, aksiya zamanı tədris müəssisələrinin qarşısında azyaşlı məktəblilər üçün hazırlanmış yol hərəkəti və ictimai nəqliyyatdan istifadə qaydaları olan broşürlər paylanılıb.

Xüsusilə orta məktəblərin yaxınlığındakı yeraltı və yerüstü piyada keçidlərin yanında üzərinə “Keç yeraltı keçiddən, uzaq ol təhlükədən!” (Keç yerüstü keçiddən, uzaq ol təhlükədən!) şüarı yazılan  posterlər yapışdırılıb.  

Qeyd edək ki, yol hərəkəti qaydaları ilə bağlı mütəmadi təlimlərin keçirilməsi və  maarifləndirici tədbirlərin təşkili uşaqların yollarda arzuolunmaz hadisələrlə üzləşməsinin qarşısını alan əsas amillərdəndir.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh