Sürücü belə vəziyyətdə nə etməlidir? – DOĞRU CAVAB

Yarışma 25 Noyabr 2015 12:58 Oxunub 2080
Sürücü belə vəziyyətdə nə etməlidir? – DOĞRU CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavab vermiş şəxsin kimliyini təqdim edir. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sualımız yolayrıcını keçmə qaydaları ilə bağlı idi. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Bu yolayrıcını düzünə keçmək istəyən sürücü belə vəziyyətdə nə etməlidir?

A) Mütləq sağa dönməlidir;

B) Arxadan gələn yoxdursa, svetoforun əsas yaşıl işıq bölməsinin yanmasını gözləyərək bundan sonra düzünə hərəkət etməlidir;

C) Sol hərəkət zolağına yerdəyişmə etməli, svetoforun əsas yaşıl işıq bölməsinin yanmasını gözləyərək bundan sonra düzünə hərəkət etməlidir.

Sualın doğru cavabı belədir: Şəkildəki 5.8.1 nişanı bu yolayrıcında 1-ci (sağdakı) hərəkət zolağında yalnız sağa dönməyə icazə verir. Eyni istiqamətli zolaqlar arasındakı 1.1 xətti isə sol zolağa yerdəyişmə etməyi qadağan edir. Deməli, sualın doğru cavabı “A” variantı olacaq:  Bu yolayrıcını düzünə keçmək istəyən sürücü belə vəziyyətdə mütləq sağa dönməlidir. Suala ilk doğru cavabı Zamin Hüseynov adlı oxucumuz verib. Onu təbrik edirik.

Qeyd edək ki, sualın sponsoru «Mutlu» akkumulyatorları idi. Suala «Mutlu»nun facebook səhifəsində cavab vermək tələb olunurdu. Həmin səhifəyə keçid buradandır. Link: https://www.facebook.com/Mutlu-Ak%C3%BC-Az%C9%99rbaycan-449265068566280/?ref=bookmarks

 

 «Mutlu» haqqında:

«Mutlu» akkumulyatorları 1955-ci ilden beri istehsal olunur. Dünya bazarında rəqabət, istehsal və xidmətdə keyfiyyəti ön plana çıxaran Mutlu akkumulyatorları dünyanın 30 ölkəsinə ixrac olunur. İxracat Avropa, Türk birliyi və MDB-nin qabaqcıl ölkələrinə üstünlük təşkil edir. Azərbaycanda isə bu akkumulyatorların rəsmi distribyutoru "Avtokrat" MMC – dir.

Dünyanın "Mercedes", "Toyota", "Hyundai", "Ford", "Opel", "Renault", "İsuzu", "Fiat" kimi böyük avtomobil istehsalçıları avtomobillərin ilkin komplektləşməsi üçün yüksək keyfiyyət göstəricilərinə və dünya bazarına uyğun texnologiya seçimi ilə seçilən MUTLU akkumulyatorlarını seçirlər.

«Mutlu» şirkəti İSO 9001, İSO14001, QS 900 və Azərbaycan Respublikasının Standartlaşdırılma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Uyğunluq Sertifikatına malikdir.

Azərbaycanda təqdim olunan Mutlu akkumulyatorlarının rəsmi distribyutoru "Avtokrat" MMC-nin Bakı şəhərində 2 servis, 200-dən çox satış məntəqələr i, Şimal və Qərb bölgələrinin dilerlik satış məntəqələri fəaliyyət göstərir. Müştəri məmnuniyyətini keyfiyyətilə qazanmış MUTLU akkumulyatorları müştərilərinə servis və 24 aylıq zəmanət xidməti təqdim edir.

İldə 5 milyondan artıq akkumulyator istehsal edən Mutlu akkumulyatorları Türkiyə Respublikasında idxal və ixraca görə ilk sırada gəlir. Dünyanın 3 qitəsini əhatə edən Mutlu akkumulyatorları Azərbaycanda çox qısa müddətdə bazarın 20%-i əldə edib. Mutlu akkumulyatorlarının Azərbaycanda rəsmi distribyutoru "Avtokrat" MMC Azərbaycanın qabaqcıl dövlət və özəl sektorlarıyla əməkdaşlıq edir. "Procter and Gamble", "Azal", "Azpetrol", "Azərkörpü", "Socar", "Azərsun Holding", "Honda", "Toyota" kimi şirkətlər bizimlə əməkdaşlıq edir.

Ən keyfiyyətli xidməti, ən sürətli şəkildə həyata keçirən "Avtokrat" MMC şirkəti sizinlə də əməkdaşlığa ümid edir.

Öyrənək, öyrədək!

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh