Bu nişanlar nəyi bildirir? - YENİ SUAL

Yarışma 25 Noyabr 2015 20:08 Oxunub 2152
Bu nişanlar nəyi bildirir? - YENİ SUAL
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az bu həftənin yeni sualını təqdim edir. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sualımız yol nişanları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Bu nişanlar nəyi ifadə edir?

A) Bu yolayrıcında düzünə davam edən yolun sol tərəfində nəqliyyat vasitələrinin dayanması qadağandır, sola davam edən yolda isə nəqliyyat vasitələrinin hərəkəti birtərəflidir;

B) Bu yolayrıcından qabaqda qoyulmuş və nəqliyyat vasitələrinin dayanmasını qadağan edən nişanın qüvvəsi yolayrıcından sonra yalnız sola dönən yolda davam edir;

C) Bu yolayrıcında sola dönən yolun sağ tərəfində nəqliyyat vasitələrinin dayanması qadağandır.

QEYD: Xahiş edirik ki, cavabları yalnız sualların altındakı xanada və ya facebook bölməsində yazasınız.

Öyrənək, öyrədək!

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Azer 26 Noyabr 2015 00:57
Bu yolayrıcında düzünə davam edən yolun sol tərəfində nəqliyyat vasitələrinin dayanması qadağandır, sola davam edən yolda isə nəqliyyat vasitələrinin hərəkəti birtərəflidir;
Vusal Haciyev 25 Noyabr 2015 20:48
C Bu yolayrıcında sola dönən yolun sağ tərəfində nəqliyyat vasitələrinin dayanması qadağandır.