Dəyən ziyanı kim ödəməlidir? - Sürücülərin diqqətinə - VİDEO

Qaydalar 25 Noyabr 2015 23:07 Oxunub 1624
Dəyən ziyanı kim ödəməlidir? - Sürücülərin diqqətinə - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yük maşınlarının daşıdığı yükdən çıxan parçalar yolda hərəkət edən digər nəqliyyat vasitələrinə ziyan vurur

Bir sıra hallarda yük maşınlarının daşıdığı yükdən çıxan parçalar yolda hərəkət edən digər nəqliyyat vasitələrinə ziyan vurur. Belə halla qarşılaşan sürücülər isə qanundan xəbərsiz olduğu üçün çox vaxt avtomobili özləri düzəltdirir.

Betonqarışdıran avtomobil arxasından beton tökülə-tökülə yolda hərəkət edir. Bu hal yola ziyan verməklə yanaşı həm də digər nəqliyyat vasitələri üçün təhlükə yaradır. Belə halla qarşılan sürücülər əksər hallarda avtomobillərinə dəyən ziyanı özləri ödəməli olurlar. Ekspertlər isə bu halda ziyanı vuranın ödəməli olduğunu bildirir. Bu halla qarşılaşan sürücülər isə polisə xəbər verməlidir. 

Bu zaman yük maşınının icbari sığortası tərəfindəndə ödəniş edilə bilər. Əks halda avtomobilinə ziyan dəyən sürücü məhkəməyə müraciət edə bilər. Yük maşınının təkərindən çıxan daş başqa maşınlara ziyan vurduğda isə bu hala görə yola nəzarət edən qrum məsuliyyət daşıyır. Belə yollarda isə 1.17 ''çınqıl sıçrayışı'' nişanı qoyulmalıdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh