Bu ilin «avtoş»ları öz videolarını yaydı - "Çəpgöz" maşınlar - VİDEO

Avtoreyd 27 Noyabr 2015 01:11 Oxunub 10755
Bu ilin «avtoş»ları öz videolarını yaydı - "Çəpgöz" maşınlar - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ksenon işıqlar, kəsilən arxa yaylar, işləməyən faralar və saxta nömrələr…

Sosial şəbəkələrdə özlərini «2015-ci ilin avtoşları» elan edənlərin videosu yayılıb. Avtosfer.az-ın məlumatına görə, videoda əsasın Rusiya istehsalı olan «VAZ-2107», «Niva», «Lada Priora» kimi avtomobillər əks olunur. Daha doğrusu, videoda həmin avtomobillərin müxtəlif formalarda fotoları əksini tapıb. Bu ilin «avtoş»ları arasında «ZİL» və «Zapı» sürənlər də var… 

Videoda əks olunan avtomobillərin əksəriyyətinin qabaq faralarının biri çıxarılıb, arxa yayları kəsilib və ya «pnevma» qurğusu quraşdırılıb, eləcə də ksenon işıqlar qoyulub. Bəzi avtomobillərin üzərində isə saxta nömrələr var. Məsələn, «Cabir-012», «TT-411», «Emin-436» yazılmış lövhələrin avtomobilə vurulduğunu bu videoda görə bilərik. 

Kənardan çox eybəcər görünən mənzərəni əks etdirən həmin videonu təqdim edirik. 

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh