DYP-dən maşını nömrəsiz sürən veteranlara xəbərdarlıq – 50 manat və …- VİDEO

Qaydalar 27 Noyabr 2015 01:09 Oxunub 2140
DYP-dən maşını nömrəsiz sürən veteranlara xəbərdarlıq – 50 manat və …- VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol polisi imtiyazından sui-istifadə edənbelə sürücüləri cəzalandıracaq

Dövlət tərəfindən imtiyazlı vətəndaşlara göstərilən qayğı sözsüz ki, danılmazdır, ancaq bəziləri bundan sui-istifadə edirlər. Bəzi sürücülər onlara verilən avtomobilləri dövlət qeydiyyat nişanı olmadan idarə edirlər. Hətta elələri var ki, belə vəziyyətdə taksi fəaliyyəti ilə də maşğul olurlar. Yol polisi isə belə sürücülərə xəbərdarlıq edib.

Görüntülər paytaxtın müxtəlif yerlərində və Bakı-Sumqayıt yolunda lentə alınıb. Əsas məqam bunların dövlət tərəfindən əlillərə verilən avtomobillər olmasıdır.

Son günlər yollarda nömrəsi olmadan avtomobili idarə edən sürücülərə tez-tez rast gəlinir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ, 20 Yanvar və Çernobıl əllillərinə paylanılan avtomobili idarə edən bəzi sürücülər nəqliyyat vasitəsinə nömrə almır.

Nazirliyin sözcüsü Elman Babayev bildirir ki, əllilərə avtomobil paylanarkən Yol Polisindən qeydiyyatdan keçmək və nömrə alınması üçün sənədlər də verilir. Ancaq, bəzi sürücülər verilən sənədləri Yol polisi idarəsinə təqdim etmirlər.

Yol Polisi isə belə sürücülərə qarşı sərt tədbirlər həyata keçiricəyini bildirir. Baş Dövlət Yol Polisi İdarəsnin sözcüsü Kamran Əliyevin sözlərinə görə, sürücülər dövlət qeydiyyatından keçməyibsə və nömrə, eləcə də etibarnamə almayıblarsa barələrində İnzibati Xətalar Məcəlləsinin 154.1-ci maddəsinə görə, 50 manat cərimə nəzərdə tutulub.

Avtomobili dövlət qeydiyyat nişanı olmadan idarə edən sürücülər 60 manat pul və 4 balla cərimə olunacaqlar. Avtomobil isə cərimə meydançasına aparılacaq.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh