Telefonla idarə olunan «Range Rover» - VİDEO

Avtodünya 1 Dekabr 2015 10:07 Oxunub 1970
Telefonla idarə olunan «Range Rover» - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu texnologiyanın tətbiqi sürücülərin işini daha da asanlaşdıracaq

Dünyada texnologiyanın inkişafı avtomobil şirkətlərindən də yan keçmir. Sürücüsüz avtomobillərin istehsalı buna əyani misaldır. Lakin Avtosfer.az-ın təqdim etdiyi bu videoda sürücü olsa da, o, «Range Rover»i kənardan idarə edir. Mobil telefona yüklədiyi xüsusi proqramla maşını kənardan idarə edən sürücü bu texnologiyanın əhəmiyyətini göstərməyə çalışır. Məsələn, avtomobili təpənin üstündən keçirərkən alt hissənin dəyəcəyindən ehtiyyat edən sürücü maşından düşür və kənardan baxa-baxa «Range Rover»i təpənin üstündən rahat şəkildə keçirir.

Bundan əlavə, parkinqdə başqa bir avtomobil «Range Rover»ə yaxın məsafədə dayandığı üçün sürücü qapını açıb maşına minməkdə çətinlik çəkir. Bu zaman da telefondakı proqram onun köməyinə gəlir. 

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh