Bu nişanlar nəyi ifadə edir? - DOĞRU CAVAB

Yarışma 30 Noyabr 2015 16:51 Oxunub 2351
Bu nişanlar nəyi ifadə edir? - DOĞRU CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavab vermiş şəxsin kimliyini təqdim edir. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sualımız yol nişanları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Bu nişanlar nəyi ifadə edir?

A) Bu yolayrıcında düzünə davam edən yolun sol tərəfində nəqliyyat vasitələrinin dayanması qadağandır, sola davam edən yolda isə nəqliyyat vasitələrinin hərəkəti birtərəflidir;

B) Bu yolayrıcından qabaqda qoyulmuş və nəqliyyat vasitələrinin dayanmasını qadağan edən nişanın qüvvəsi yolayrıcından sonra yalnız sola dönən yolda davam edir;

C) Bu yolayrıcında sola dönən yolun sağ tərəfində nəqliyyat vasitələrinin dayanması qadağandır.

Sualın doğru cavabı belədir: Şəkildə üstdəki nişan 3.27 “Dayanmaq qadağandır”, aşağıdakı isə 7.3.2 “Qüvvədə olma istiqaməti” nişanıdır. Bu nişanların birgə tətbiqi «Dayanmaq qadağandır» nişanının qoyulduğu yerdən başlamaqla sola doğru qüvvədə olduğunu göstərir. Deməli, sualın doğru cavabı “C” variantı olacaq:  Bu nişanlar yolayrıcında sola dönən yolun sağ tərəfində nəqliyyat vasitələrinin dayanmasının qadağan edildiyini bildirir.

Suala ilk doğru cavabı Vüsal Haciyev adlı oxucumuz verib. Onu təbrik edirik.

Öyrənək, öyrədək!

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh