Bakıda keçiriləcək "Formula 1" ilə bağlı xoş xəbər

Yarışma 1 Dekabr 2015 14:14 Oxunub 1838
Bakıda keçiriləcək "Formula 1" ilə bağlı xoş xəbər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Gələn yay keçiriləcək yarışa 5 min könüllünün cəlb edilməsini planlaşdırılır

Gələn il Bakıda keçiriləcək Formula-1 (F1) Avropa Qran-Prisi ilə bağlı yarışların marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri ANS-in suallarını cavablandırıb. Avtosfer.az Nigar Arpadarai ilə müsahibəni oxuculara təqdim edir.

- Siz bir müddət əvvəl Bəhreyn nümayəndələri ilə əməkdaşlıqla bağlı müqavilə imzalamısınız. Bəs digər ölkələrin nümayəndələri ilə əməkdaşlıq etməyi planlaşdırırsınız?

- Bizim üçün digər ölkələrin "Formula-1"in ( F1) keçirilməsi ilə bağlı təcrübəsinin öyrənilməsi çox önəmlidir. Çünkü digər ölkələr F-1 yarışlarını dəfələrlə keçiriblər. Bəhreynlə əməkdaşlığımız bizim üçün çox önəmlidir. Bizim nümayəndələr Bəhreynə gedirlər, onların nümayəndələri isə Bakıya gəlir və məhz marşalların təlimləri ilə bağlı bizim detallı planımız var. Bəhreyn bizə bu işdə çox kömək olur və onların təcrübəsi bizim üçün önəmlidir. Çünkü yarış vaxtı marşalların rolu çox önəmlidir. Hətta Bəhreynin mediası bizim əməkdaşlığı işiqlandırıb.

- Könüllülərlə bağlı nə yeniliklər var və onlarla nə vaxtan onlarla işləməyə başlanılacaq?

- Bizim üçün dekabr ayı çox önəmlidir. Çünkü dekabr ayında bizim bir çox işlərə start veriləcək və dekabr ayının ortalarında Bakı Qran Prisinin keçiriləcəyi tarixə 6 ay qalacaq. Biz böyük bir tədbir ilə bunu qeyd edəcəyik. Könüllülərin cəlb olunmasına isə dekabr ayında start veriləcək. İndiyə qədər isə, mətbuat vasitəsi ilə könüllülərin cəlb olunması üçün işlər görmüşük və könüllülər bizə müraciət etməyə başlayıblar. Bizdə artıq onların CV-ləri də var. Amma aktiv olaraq bu işlərə dekabrda başlayacağıq və 5 min könüllünün cəlb edilməsini planlaşdırırıq.

- Sizcə Bakıdakı yarışda neçə nəfər marşal lazımdır?

- Marşallar təxminən 1000 nəfər olacaq. Marşallar həm təhlükəsizlik, həm xilasetmə, həm də, trasın təmizlənmə işlərini də görəcəklər. Onların rolu böyükdür və könüllülərdən fərqli olaraq beynəlxalq marşallar cəlb olunacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh