Helikopeteri qaçıran ŞAXTA BABA - VİDEO

Maraqlı 1 Dekabr 2015 15:16 Oxunub 1621
Helikopeteri qaçıran ŞAXTA BABA - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ötən il ABŞ-da bir santa klaus uşaqlara hədiyyə paylamaq əvəzinə, sakinlərə külli miqdarda marixuana gətirmişdi

Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, San Paulo şəhərində insanlara göydən hədiyyə atmaq bəhanəsi ilə helikopter sifariş verən Şaxta babanın, sən demə niyyəti o qədər də təmiz deyilmiş. Havada uçarkən pilota silah tuşlayan Santa Klaus helikopteri oğurlayıb.

Şaxta Babanın soyğun planından dostundan başqa heç kimin xəbəri olmayıb. Onun silahlı ola biləcəyini düşünməyən  hava limanı işçiləri, santa klausun üstünü yoxlamadan  helikopterə mindirib. Bir müddət sonra paltarının altından çıxardığı tapança ilə pilotu hədələyən Şaxta baba, ondan tamamilə fərqli istiqamətə, şəhər kənarına uçurmağı tələb edib. Enişdə onları gözləyən 3-cü şəxs Santa Klausla birlikdə hərəkət edərək pilotun əl-qolunu bağlayaraq bir kənara tullayıb. Daha sonra helikopterə minərək aradan çıxıblar.

Olayın üstü, zərərçəkən pilotun çətinliklə qolundakı kəndiri açaraq polisə xəbər verməsindən sonra açılıb. İndi şaxta baba və helikopterin axtarışına çıxan asayiş keşikçiləri hələ ki, bir nəticə əldə edə bilməyib. Ümumiyyətlə şaxta babaların  bu tip macəraları  birinci və axırıncı deyil. Ötən il ABŞ-da bir santa klaus uşaqlara hədiyyə paylamaq əvəzinə, sakinlərə külli miqdarda marixuana gətirmişdi. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh