Bakı-Sumqayıt qatarının hərəkətinə mane olan məktəblilər saxlanıldı

Qaydalar 2 Dekabr 2015 15:38 Oxunub 1705
Bakı-Sumqayıt qatarının hərəkətinə mane olan məktəblilər saxlanıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Elektrik qatarının təhlükəsiz hərəkətinə mane olanlara qarşımüvafiq tədbirlər görüləcək

Dekabrın 1-də saat 19.00 radələrində Bakıdan Sumqayıta hərəkət edən elektrik qatarı Keşlə-Biləcəri  mənzilinin 2649-cu kilometrində relsin üzərinə mişar daşlarının iri hissələri düzüldüyündən maşinist qatarı saxlayıb, təhlükəsizlik tədbirləri gücləndirilib. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi  Nadir Əzməmmədovun verdiyi məlumata görə, hadisə nəticəsində qatarların hərəkətində ləngimələrə yol verilib. Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin Keşlə xətt polis bölməsinin əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində  dəmir yolunun üzərinə daş parçaları qoyanlar saxlanılıb. Araşdırma zamanı məlum olub ki, saxlananlar Binəqədi rayonu 100 №-li orta məktəbin XI sinif və Binəqədi rayonu 143 №-li orta məktəbin IX sinif şagirdləridir.

Saxlananlar Nəqliyyatda Baş Polis İdarəsinin Keşlə xətt polis bölməsində dindirilərkən, hadisəni törətdiklərini etiraf ediblər.

“Azərbaycan Dəmir Yolları” bir daha Bakı-Sumqayıt marşrutu üzrə yaxın ərazıdə yaşayan vətəndaşların nəzərinə çatdırıb ki, dövlət əmlakına ziyan vuranlar, elektrik qatarının təhlükəsiz hərəkətinə mane olanlara qarşı hüquq-mühafizə orqanları tərəfindən müvafiq tədbirlər görüləcək.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh