DYP məşhur meyxanaçının avtomobilini özünə qaytardı

Qaydalar 2 Dekabr 2015 15:40 Oxunub 4952
DYP məşhur meyxanaçının avtomobilini özünə qaytardı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sənədi olmadan avtomobil idarə edən Pərviz Bülbülənin maşını cərimə meydançasından çıxarılıb

Sənədi olmadan avtomobil idarə etdiyinə görə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan meyxanaçı Pərviz Bülbülədən xəbər var. Avtosfer.az-ın lent.az-a istinadən məlumatına görə, sənədi olmadan «Toyota» markalı avtomobili idarə edən meyxanaçının maşını cərimə meydançasından çıxarılıb.

Qeyd edək ki, meyxanaçı P.Bülbülə bir neçə gün öncə sərxoş vəziyyətdə saxlanılan prodüser Təranə Səmədovaya kömək etmək üçün hadisə yerinə gəlmişdi. Təranəyə kömək etmək istəyən meyxanaçının bu istəyi isə ona baha başa gəlmişdi. Belə ki, Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları sənədsiz avtomobil idarə edən meyxanaçının maşınını cərimə meydançasına aparmışdılar.  

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh