Gizli yol polislərinin işi ondan ibarət olacaq ki… - Sürücülərə vacib TÖVSİYYƏLƏR

Yazarlar 2 Dekabr 2015 23:06 Oxunub 7572
Gizli yol polislərinin işi ondan ibarət olacaq ki… - Sürücülərə vacib TÖVSİYYƏLƏR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ərşad Hüseynov: «Gizli patrul xidmətlərini həyata keçirən polis əməkdaşı heç kəsi saxlaya bilməz»

Bir müddət öncə Baş Dövlət Yol Pol Polisi idarəsi bildirdi ki, yeni qərara əsasən gizli patrul xidmətləri fəaliyyətə başlayacaq. Sürücülərin əksəriyyəti gizli patrullar haqqında, onların işinin nədən ibarət olacağı barədə bir qədər məlumatsızdırlar. Həmçinin onları qəflətən kimsə yolda saxlayıb narahat edəcəkləri barədə düşünürlər...

Bütün bu müzakirələr doğuran mövzulara yol hərəkəti eksperti Ərşad Hüseynov  Moderator.az-a açıqlamasında aydınlıq gətirib.

- Ərşad bəy, yeni qərara əsasən gizli patrullar fəaliyyətə başlayacaq...

- Ümumiyyətlə gizli patrullar haqqında qərar 2001-ci ildə Yol Patrul qanunlarına əsasən nəzərdə tutulub. Yəni bu yenilik deyil. 2001-ci ildə qüvvəyə minən bu qanunda göstərilir ki, gizli patrulların üç forması var: aşkar, qarışıq və gizli. Qarışıq da hətta yarıgizli, yarı aşkardır. Məsələn, iki patrul avtomobili biri rəng qrafikası olan və geyim forması olan aşkar, digəri isə rəng qrafikası olan ancaq geyim forması olmayan qarışıq. Gizli patrul odur ki, nə avtomobilin xüsusi rəng qrafikası var, nə sayrışan işıqlar var, nə də ki, xüsusi geyim forması. Və məqsəd ondan ibarətdir ki, yol hərəkəti qaydalarına ciddi nəzarət olunsun. Baxın, bu dəqiqə Azərbaycanda 1milyon 200 mindən yuxarı maşın var. Amma onlara nəzarət edən yol patrul xidməti əməkdaşlarının sayı 2000 - dən çox olmaz. Onların da bəzisi heç yola çıxmır, ancaq ofisdə çalışır. Sürücülər də Bakı - Yevlax, Bakı - Qusar yolunda görür ki, patrul avtomobili yoxdur, necə deyərlər, keflə sürür...

- Amma əvəzində magistral yollarda radarların sayı çoxdur...

-Yox, heç radar da çox deyil. Artıq radarların da yerini bilirlər. Məslən, Bakı - Quba yolunda maksimum 10 ədəd radar var. Amma həmin yol 300 km - ə yaxındır.

- Kürdəmir-Ucar yolunda demək olar ki, hər kilometrdən bir radar dirəkləri var...

- Yox, heç orda da çox deyil. Sumqayıta gedəndə cəmi 2 ədəd radar var. Söhbət ondadır ki, qanunvericilikdə o zamandan nəzərdə tutulan gizli yol patrul xidməti yol hərəkəti təhlükəsizliyinə daha səmərəli nəzarət etmək üçündür. Sürücülər anlamalıdırlar ki, yəni burda əsas hədəf o deyil ki, sürücüləri daha çox aşkar edək və daha çox cərimə yazaq. Əsas hədəf odur ki, sürücü anlamalıdır hər yerdə onu görürlər, etdiyi hər bir manevrlər, qayda pozuntuları hər yerdə qeydə alına bilər. Və bunun qarşısında o məsuliyyətə cəlb oluna bilər.

- Cərimələr də yazılacaqmı?

- Təbii. Deməli, qayda belədir. Gizli patrul xidmətlərini həyata keçirən polis əməkdaşı heç kəsi saxlaya bilməz. İncəlik budur. Gizli patrulun mahiyyəti budur də, rəng qrafikası yox, xüsusi geyim yox...

- Ancaq maşının dövlət nömrə nişanı götürülür.

- Bəli, ancaq nömrəni götürür. Qayda belədir. Təlimatda konkret göstərir. Əməkdaş qayda pozuntusunu və avtomobilin nömrəsini qeydə alır, raport yazır. Həmin raportu komandanlığa göndərir. Misal üçün, şöbəyə göndərir ki, filan yerdə filan koordinatlarda belə bir qayda pozuntusu oldu. Ola bilsin, hətta videokameraya da çəksin. Fotosun çəkir, raport yazır, fərqi yoxdur. O, heç kimi saxlaya bilməz. Polis əməkdaşı yalnız o zaman müdaxilə edə bilər ki, hansısa cinayət baş verir. Onda müdaxilə etməlidir. Yoxsa kimsə qırmızı işıqda keçdi, kimsə qaydanı pozdu və s. onu saxlaya bilməz. Yalnız raport yazılır və sonra həmin sürücünü tapırlar. Bunun əsas profilaktik tərəfi odur ki, ay camaat, sizi hər yerdə görürlər...

- Yəni bu qanun sürücülüyə senzura kimi təsir etmir ki?

- Yox, bunun nəyi senzuradır? Yəni yol hərəkəti qaydalarını pozmursan. Sənin üçün nə fərqi var polis aşkardır, gizlidir, bir metrdən birdir. Heç bir fərqi yoxdur. Dünyanın hər bir yerində bu belə hesablanıb. Məsələn, deyirlər Almaniyanın yollarında patrul xidməti yoxdur. Amma bir xırda qayda pozuntusu oldu, bir də gördün tapdılar. Kamera var, radar var, üstəgəl gizli patrul da var. Sürücülər düşünməsinlər ki, bunların işi - gücü elə cərimə yazmaq olacaq. Dediyim kimi profilaktika da vacibdir. Sürücü bilməlidir ki, onu hər yerdə görürlər. Sadəcə nizamlı, intizamlı olmalıdır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh