Ötmə əməliyyatı bu cür aparılmalıdır – VİDEO

Qaydalar 5 Dekabr 2015 15:42 Oxunub 10433
Ötmə əməliyyatı bu cür aparılmalıdır – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Azərbaycanda yol qəzalarının başvermə səbəbləri arasında ötmə-manevr qaydalarının pozulması ön sıradadır

Azərbaycanda yol qəzalarının başvermə səbəbləri arasında ötmə-manevr qaydalarının pozulması ön sıradadır. Rəsmi statistikaya görə, yol qəzalarının baş verməsinin əsas səbəbi sürət həddinin aşılmasıdırsa, ikinci yerdə ötmə-manevr qaydalarının pozulması dayanır. Belə qəzalar adətən magistral yollarda baş verir. Sürətlə hərəkət edən avtomobillər ötmənin qadağan olduğu yerlərdə qayda pozurlar ki, bu da ağır nəticələrə gətirib çıxarır. Qadağan olunmuş yerdə olmasa belə, bəzi sürücülərin ümumiyyətlə, ötmə manevr qaydalarının aparılması barədə anlayışı yoxdur və ya qaydalara yox, öz bildiyinə əməl edirlər. Bütün hallarda ötmə əməliyyatı zamanı son dərəcə diqqətli olmaq və ötmə əməliyyatını düzgün hesablamaq lazımdır. «Qarşıdan gələn maşın yol verəcək» düşüncəsi ilə ötmə əməliyyatı aparmaq olmaz. Birdən qarşıdakı maşının sürücüsü də sənin kimi düşünsə, necə olacaq?

Avtosfer.az saytı ötmə-manevr zamanı yol verilən səhv və düzgün qaydaları əks etdirən, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanmış animasiya filmini təqdim edir. Qısametrajlı animasiya filmi məhz ötmə-manevr qaydalarını bilməyənlər, bilib əməl etməyənlər üçün nəzərdə tutulub. Baxaq, nəticə çıxaraq. Unutmayaq ki, yol qəzalarının qurbanları bizim yaxınlarımızdan da biri ola bilər…

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh