"Formula-1"in 2016-cı il mövsümü üçün təqvimi təsdiqlənib

Yarışma 3 Dekabr 2015 12:03 Oxunub 1684
"Formula-1"in 2016-cı il mövsümü üçün təqvimi təsdiqlənib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Azərbaycan Qran Prisinin startı elə planlaşdırılmalıdır ki, 24 saat Le Manın finişi ilə üst-üstə düşməsin

Beynəlxalq Avtomobil İdmanı Federasiyası 2016-cı il mövsümü üçün "Formula-1" təqvimini təsdiqləyib. Avtosfer.az xəbər verir ki, 21 mərhələdən ibarət təqvimdə bəzi yarışların üst-üstə düşməsi ilə əlaqədar kiçik dəyişikliklər edilə bilər.

İyunun 19-da keçiriləcək Azərbaycan Qran Prisinin startı elə planlaşdırılmalıdır ki, "24 saat Le Man"ın finişi ilə üst-üstə düşməsin. 23 oktyabrda nəzərdə tutulan ABŞ mərhələsi isə promouter tərəfindən hələ təsdiqlənməyib.

"Formula-1", 2016 mövsümü

Təsdiqlənmiş təqvim:

1-ci mərhələ. 20 mart. Avstraliya.

2-ci mərhələ. 3 aprel. Bəhreyn

3-cü mərhələ. 17 aprel. Çin

4-cü mərhələ. 1 may. Rusiya

5-ci mərhələ. 15 may. İspaniya

6-cı mərhələ. 29 may. Monako

7-ci mərhələ. 12 iyun. Kanada

8-ci mərhələ. 19 iyun. AZƏRBAYCAN

9-cu mərhələ. 3 iyul. Avstriya

10-cu mərhələ. 10 iyul. Böyük Britaniya

11-ci mərhələ. 24 iyul. Macarıstan

12-ci mərhələ. 31 iyul. Almaniya

13-cü mərhələ. 28 avqust. Belçika

14-cü mərhələ. 4 sentyabr. İtaliya

15-ci mərhələ. 18 sentyabr. Sinqapur

16-cı mərhələ. 2 oktyabr. Malayziya

17-ci mərhələ. 9 oktyabr. Yaponiya

18-ci mərhələ. 23 oktyabr. ABŞ

19-cu mərhələ. 30 oktyabr. Meksika

20-ci mərhələ. 13 noyabr. Braziliya

21-ci mərhələ. 27 noyabr. Abu Dabi

ŞƏRH YAZ
Ad

E-mail

Şərh