Bir qulağı ilə avtomobil dartdı - VİDEO

Maraqlı 3 Dekabr 2015 12:21 Oxunub 1458
Bir qulağı ilə avtomobil dartdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Maraqlı hadisə Çində baş verib

Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, Çində daha bir şaolin rahibi öz qeyri-adi bacarığı ilə insanları heyrətləndirib. Henan vilayətindəki  məbədlərdən birində insanların qarşısına çıxan rahib bir qulağı ilə avtomobili dartmağa müvəffəq olub. Onun maşını özünəməxsus şəkildə hərəkətə gətirməsi həvəskar kameradan anba-an görüntülənib.

Rahibin, qulağının möhkəmliyinin  səbəbi heç kəsə məlum deyil. Şaolin ustası isə deyir ki, məşq etməklə bu cür bacarığa sahib olmaq çətindir. Bunun üçün əvvəl insanın ruhu dözümlü olmalıdır. Rahibin sadəcə meditasiya etməklə, qulağı ilə avtomobil dartması ölkədə müzakirələrə yol açıb.

Ümumiyyətlə, şaolin rahiblərin bu cür fövqəl qüvvəyə sahib olması hər zaman mübahisə mövzusu olaraq qalır. Bir müddət əvvəl yerli rahibin su üzərində 130 metr qaçması, daha bir rahibin  boğazında dəyənək sındırması bu mübahisələrin hələ çox davam edəcəyinə işarədir. Onu da qeyd edək ki, çoxları şaolin məbədlərindəki təlimlərə davam gətirə bilmir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh