4 yaşlı qız Van Damma belə meydan oxudu - VİDEO

Avtodünya 5 Dekabr 2015 14:42 Oxunub 3082
4 yaşlı qız Van Damma belə meydan oxudu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Van Dammın "şpaqat"ından sonra "Volvo"dan daha bir kreativ reklam

4 yaşlı qız böyük yük maşınını sınaqdan keçirdi.  Sofi adlı 4 yaşlı balaca qızcığaza Volvo markalı yük maşınının test-drayvını keçirməyi etibar ediblər. Əslində bu, "Volvo" markalı yük maşınlarının reklam çarxı üçün nəzərdə tutulub. Çarx üçün Volvo FMX yük maşınınından istifadə edilib.  Bunun üçün Sofi sükan arxasında oturmayıb. O, yük maşınını xeyli aralı məsafədən, pult vasitəsilə idarə edib. Maşının sınağı zamanı təşkilatçılar, hətta, müxtəlif maneələr də yaradıblar. Maneələrlə dolu meydançada balaca qızcığaz maşını böyük məharətlə idarə edib. 


Sofinin çarxa hazırlığı prosesi
Sofi maşını müxtəlif maneələrə vurub, hətta onu aşırıb, sınaq üçün olan binaya çırpıb. Amma avtomobil heç bir ziyan görmədən yenidən yoluna davam edib. Videodan da aydın da görünür ki, balaca qızın yük maşını idarə etməsi uşaqların uzaqdan idarə olunan oyuncaq maşını ilə oyununa bənzəyir. 
Sofi yük maşını uzaqdan idarə etməkdən belə böyük zövq alıb. 
Yeni çəkilmiş çarxın adı "Bax, sükan arxasında kimdir?" (Смотри, кто за рулём) adlanır. İstifadə olunmuş "Volvo FMX" yük maşını 18 tonluqdur. 


Balaca qızın yük maşınını idarə etməsi

Bu, İsveç şirkətinə məxsus "Volvo" üçün çəkilmiş ikinci maraqlı reklam çarxıdır. Reklama qısa müddət ərzində baxış 81 milyondan çox olub. Şirkətin ilk uğuru 2013-cü ildə məşhur Hollivud aktyoru Jan Klod Vandamın reklam üçün iki maşın üzərində şpaqat açması olub. 
Film "Epik şpaqat" adlanır. Belə ki, aktyor hərəkətdə olan yük maşınlarının güzgülərinin üzərində dayanaraq şpaqat hərəkəti həyata keçirir, bununla da "Volvo"nun dəqiq idarəsini və rəvan hərəkətini nümayiş edib.

 

anspress

ŞƏRH YAZ
Ad

E-mail

Şərh