«BMW» bu sınaqdan «3» aldı - VİDEO

Avtodünya 6 Dekabr 2015 02:33 Oxunub 1780
«BMW» bu sınaqdan «3» aldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«BMW Z4» təhlükəsizlik sınaqlarından keçirilib

«BMW Z4» modeli təhlükəsizlik sınaqlarından keçirilib. Avtosfer.az xəbər verir ki, Euro NCAP-ın reytinq cədvəlində avtomobil qəzadan yayınma qabiliyyətinə görə, 5 ballıq sistemlə 3 bal kimi qiymətləndirilib. İdman üslubunda olan modeldə 2013-cü ildəki buraxılışdan sonra bəzi mühüm dəyişikliklərin edildiyi bildirilsə də, bu, qiymətləndirmə cədvəlinə elə də təsir etməyib. "BMW"-nin digər məşhur modelləri də bu reytinq cədvəlində 3-cü pillədədir.

Videodan gördüyünüz kimi, "BMW Z" müxtəlif vəziyyətlərdə qəza anında sürücü və sərnişinin (avtomobil ikinəfərlikdir) ala biləcəyi xəsarətlər əks olunur. Öndən birtərəfli zərbədən avtomobil deformasiyaya uğrayır. Bu, əvvəlki modellərdə olduğu kimidir. Üzbəüz toqquşmada isə maşındakıların təhlükəslizliyini maksimum dərəcədə təmin etməyə doğru irəliləyişlər var. Zərbə anında sürücü və sərnişinin dizləri, çanaq sümükləri və oynaqlarının zədələnməməsi üçün avadanlıqlar quraşdırılıb.

Videonun sonlarına yaxın piyadavurma ehtimalı test edilir. Kapot az sürətdə qaytarıcı rolunu oynayır. Özü zədələnmədiyi kimi, piyada üçün də sınıq təhlükəsi yaratmır.

Videonu izləyərkən, titrlərdə yazılan sürətlərə də diqqət etməyiniz tövsiyə olunur.

 

Fuad

ŞƏRH YAZ
Ad

E-mail

Şərh