Taksi sürücüləri müayinədən keçmirlər - VİDEO

Qaydalar 8 Dekabr 2015 00:23 Oxunub 1768
Taksi sürücüləri müayinədən keçmirlər - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Taksi şirkətləri onlarla əməkdaşlıq edən sürücülərin tibbi müayinədən keçmələrini təmin etməlidir

Avtobus sürücülərindən fərqli olaraq taksi sürücüləri gündəlik tibbi müayinədən keçmirlər. Belə vəziyyət isə sərnişindaşıma zamanı müəyyən problemlərə gətirib çıxarır. Bəs istər fərdi taksi fəaliyyəti ilə, istərsə də şirkət tərkibində çalışan taksi sürücülərini tibbi müayinədən keçməməyə görə hansı cəza gözləyir?

Söhbət taksi sürücülərindən gedir. Gündəlik sərnişin daşıyan bu sürücülərin tibbi müayinədən keçib-geçmədiklərini örgənmək üçün fərdi taksi fəaliyyəti ilə məşğul olan bir neçə taksi sürücüsü ilə həmsöhbət olduq.

Ekspert Ərşad Hüseynov deyir ki, istənilən halda sərnişindaşıma ilə məşğul olan bütün sürücülərin gündəlik tibbi müayinədən keçmələri daha məqsədə uyğun olar. Ancaq, Nazirlər Kabinetinin Reysqabağı Tibbi Müayinəyə dair qərarına əsasən, fərdi taksi fəaliyyəti ilə məşğul olan sürücülərin tibbi müayinədən keçməsi məcburi deyil. Lakin taksi şirkətləri  onlarla  əməkdaşlıq edən sürücülərin tibbi  müayinədən keçmələrini təmin etməlidir.

Bu qaydaya əməl etməyən sahibkarlar isə yüksək miqdarda cərimələnə bilər.

Sürücülərin tibbi müayinəsini həyata keçirən  tibb məntəqəsindən isə  bildirilib  ki, son 2 il ərzində heçbir taksi sürücüsü onlara müraciət etməyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh