Hansı nəqliyyat vasitəsi hərəkəti davam etdirə bilər? - DOĞRU CAVAB

Yarışma 8 Dekabr 2015 15:41 Oxunub 2139
Hansı nəqliyyat vasitəsi hərəkəti davam etdirə bilər? - DOĞRU CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavabı verib qalib gəlmiş şəxsin adını təqdim edir. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sualımız svetoforun və nizamlayıcının siqnalları ilə bağlı idi. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Bu vəziyyətdə kim üstünlüyə malikdir?

A) Minik avtomobilinin sürücüsü;

B) Avtobusun sürücüsü;

C) Bu vəziyyətdə sürücülər öz aralarında razılığa uyğun hərəkət etməlidirlər.

Sualın doğru cavabı belədir: Nəqliyyat vasitələrinin hərəkət trayektoriyaları kəsişdikdə, keçmənin növbəliliyi isə qaydalarda göstərilmədikdə, sağ tərəfdən hərəkət edən nəqliyyat vasitəsinə üstünlük verilir. Deməli, sualın doğru cavabı “A” variantı olacaq:  Bu vəziyyətdə minik avtomobilinin sürücüsü üstünlüyə malikdir.

Suala ilk doğru cavabı Hasan Sultanov adlı oxucumuz verib. Onu təbrik edirik. Avtosfer.az-dan 10 manatlıq danışıq kartını əldə etmək üçün 055 335 15 59-a zəng etmək xahiş olunur.

Öyrənək, öyrədək!

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh