Sərnişinnəqliyyatda hansı xidmət çatışmır? - VİDEO

Avtobusda sərnişinlərdən birinin vəziyyəti pisləşib. Onu tanımayan, xəstəliklərinə bələd olmayan digər sərnişinlər isə kömək etməyə çalışır. Sürücü isə belə vəziyyətdə yola davam edir. Görüntülər Bakıda bir avtobusda qeydə alınıb. Sərnişinlərin təşvişə düşdüyü hadisənin sonunda sərnişin özünə gəlib və hamı rahat nəfəs alıb. Bu hadisə "bənzər hallar baş versə ilkin yardım necə edilməlidir?" sualına şərait yaradır. Qaydalara görə, bu halların qarşısını vaxtında almaq üçün avtobuslarda tibb çanataları olmalıdır. Sürücü isə vəziyyəti pisləşən sərnişinə təcili yardım birqadası gələnə qədər ilkin tibbi yardım göstərməyi bacarmalıdır.
Sərnişinə ilkin tibbi yardım göstərildikdən sonra özünə gəlmədikdə sürücü digər sərnişinləri boşaldıb avtobusu ən yaxın tibb məntəqəsinə sürməlidir. Ancaq əksər sürücünün bundan xəbəri, avtobuslarda isə tibb antasından əsər əlamət yoxdur.
Həkimlər isə halı pisləşən şəxslə bağlı xəbərdarlıq edir, digər sərnişinlərin onun ətrafına toplaşmasının yanlış olduğunu deyirlər. Belə hal yaşandıqda ilk növbədə Təcili Tibbi Yardıma xəbər vermək lazımdır. Bundan başqa, xəstəni açıq havaya çıxarmaq da tövsiyə olunur.
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA










