Röya 800 minlik maşını parçaladı

Avtodünya 11 Dekabr 2015 13:35 Oxunub 3102
Röya 800 minlik maşını parçaladı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«Beynim çönəndə sevgilimin maşınını da parçalayaram»

Müğənni Röya Ayxanın Türkiyənin Best FM radio verilişində Yasəmən Şefikin qonağı olub. Röyanın “Kesin bilgi” mahnısı qonşu ölkənin radiolarında daha çox səsləndirildiyi vurğulanıb. Müğənninin klipdə 800 min türk lirəsi dəyərində maşını parçaladığı sosial şəbəkələrdə geniş müzakirə edildiyi qeyd olunub. Yasemin Şefikin “Klipdə bahalı bir maşını parçalayırsan. Real həyatda sevgilinin maşınına belə edərdin?” sualına Röya özünə məxsus cavab verib: «Təbii ki. Mən dəli bir qadınam. Beynim çönəndə bahalı və ya ucuz olmağı mənə fərq etmir».

 

qafqazinfo

ŞƏRH YAZ
Ad

E-mail

Şərh