Ən güçlü və ən sürətli “Jaguar” - 2015

Avtobazar 1 İyul 2014 13:39 Oxunub 2160
Ən güçlü və ən sürətli “Jaguar” - 2015
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu avtomobildən 2015-ci ildə də dünyada sadəcə 250 ədəd istehsal olunacaq

“Jaguar” konsept mərhələsindən istehsal mərhələsinə keçən “F-Type Project 7”-ni İngiltərədə təşkil edilən “Goodwood” Festivalında sərgilədi. Anspress-in məlumatına görə ötən ildə yenə “Goodwood” Festivalında konsept kimi üzə çıxan ən sürətli və ən güclü “Jaguar” avtomobili olacaq “F-Type Project 7”, markasının 1954-ci ildə çıxardığı “D-Type” modelinin 60-ıncı ildönümü şərəfinə hazırlandığı qeyd edildi. Ümumi xəttləri ilə “F-Type”dən izlər daşıyan Roadster (iki nəfərlik üstü açıq) model 7,5 litr həcmli “supercharged” V8 mühərrikiylə 575 at gücünə malikdir. Bu da mövcud “F-Type R Coupe “modelindən 25 at daha güclü olduğu mənasını verir. Avtomobil 3,9 saniyədə 100 km saat sürətə çatır. Maksimum sürəti 300 kilometrə çatan avtomobil, dünyada sadəcə 250 ədəd istehsal olunacaq. 2015-ci ilin ortasında ilk istehsalına başlanacaq olan avtomobilin İngiltərədəki satış qiyməti isə 135 min funt sterlinq (180 000 azn) olacaq.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh