Kim hərəkəti davam etdirə bilər? – DOĞRU CAVAB

Yarışma 14 Dekabr 2015 15:35 Oxunub 2104
Kim hərəkəti davam etdirə bilər? – DOĞRU CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavab verib hədiyyəmizi qazanmış şəxsin adını təqdim edir. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sualımız svetoforun və nizamlayıcının siqnalları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Hansı nəqliyyat vasitəsi hərəkətini davam etdirə bilər?

A) Heç biri;

B) Yalnız sola dönmək istəyən mikroavtobus;

C) Hər ikisi.

Sualın doğru cavabı belədir: «Yol hərəkəti haqqında» Qanunun 58-ci maddəsinin 2-ci hissəsinə əsasən, nizamlayıcı «sola dönmə» siqnalı verdikdə onun sol tərəfindən gələn relssiz nəqliyyat vasitələrinin bütün istiqamətlərdə hərəkətinə icazə verilir. Qanunun 60-cı maddəsinin 5-ci hissəsinə əsasən, nizamlayıcının siqnalları svetoforun siqnallarından üstündür. Deməli, sualın doğru cavabı “C” variantı olacaq: Hər iki nəqliyyat vasitəsi hərəkətini davam etdirə bilər.

Suala ilk doğru cavabı Hüseyn Nəsirli adlı oxucumuz verib. Onu təbrik edirik! Avtosfer.az-dan 10 manatlıq danışıq kartını əldə etmək üçün 055 335 15 59-a zəng etməyiniz xahiş olunur!

Öyrənək, öyrədək!

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh