İnsan beyni ilə işləyən maşın hazırlandı - VİDEO

Avtodünya 17 Dekabr 2015 21:03 Oxunub 1915
İnsan beyni ilə işləyən maşın hazırlandı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Maşının mərkəzi idarə etmə sistemi xüsusi aparatlarla insanın beynini təhlil edir

Çində mütəxəssislər sadəcə düşüncə ilə hərəkətə gələn avtomobili ictimaiyyətə təqdim edib. İllərdir üzərində araşdırmalar aparan ağıllı nəqliyyat vasitəsini hərəkətə gətirmək üçün, sükan arxasına əyləşmək heç də əsas şərt deyil.

Tiancin şəhərində hazırlanan maşının mərkəzi idarə etmə sistemi xüsusi aparatlarla insanın beynini təhlil edir. Avtomobildə əyləşənin nə düşündüyünü dəqiq qəbul edən avtomobil, topladığı məlumatlar əsasında hərəkətə gəlir. Nəqliyyat qaydalarına isə kifayət qədər riayət edir.

İstənilən şəxs avtomobilə əyləşdikdən sonra 13 müxtəlif sensordan ibarət dəbilqəni başına geyməklə avtomobili asanlıqla idarə edə bilər. Artıq sükanı saxlamağa, sürət və ya əyləc pedalını sıxmağa, hətta sürət ötürücüsündən istifadə etməyə belə ehtiyac qalmır.

Qulağa xoş gəlsə də, mütəxəssislər bu unikal avtomobilin kütləvi istehsalına başlamağa tələsmir. Bunun üçün, həmin avtomobilin müxtəlif sınaqlardan uğurla çıxması əsas şərtdir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh