Telefon nömrələrini avtomobil nömrəsi kimi yazıblar - VİDEO

Qaydalar 18 Dekabr 2015 09:52 Oxunub 2248
Telefon nömrələrini avtomobil nömrəsi kimi yazıblar - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yük maşınnı sürücülərinin bu addımı qanuna zidd sayılır

Avtomobilin arxa hissəsində sanki 2 dövlət nömrə nişanı var. Yaxınlaşanda isə görünür biri sürücünün telefon nömrəsidir. Bu görüntülər Cəlilabadın daş bazarındandır. Sifarişlə daş daşıyan yük avtomobillərinin sürücüləri avtomobilin nömrə nişanını yaxınına telefon nömrələrini də yazdırır.

Maraqlıdır ki, əksər sürücüləür bunun qanuni olub-olmadığından xəbərsizdir.

Mütəxəssislərin sözlərinə görə, telefon nömrələrinin bu cür yazılması digər sürücülərdə və vətəndaşlarda çaşqınlıq yarada bilər. Həmçinin, avtomatik rejimdə işləyən xüsusi texniki vasitələrin, yəni radar və kameraların protokol tərtib etməsinə də mane ola bilər. Reklam xarakterli olduğu üçün reklam qanunlarını da pozur. Belə olan halda həmin sürücü məsuliyyətə cəlb olunub 50 manat cərimə oluna bilər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh