Jurnalistlər yeni avtomobili sınaqdan keçirdilər - FOTOLAR

Avtobazar 2 İyul 2014 11:47 Oxunub 2217
Jurnalistlər yeni avtomobili sınaqdan keçirdilər - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Grand Santa Fe Qobustan qayalıqlarında sınaqdan çıxdı!

İnnovasiyaları ilə məşhur Hyundai avtomobillərini müasir göydələnlər və şüşə-plastik örtüklü binalar fonunda görməyə alışanlara ekstrim yaşatdı. Brendin model cərgəsinə yeni daxil olmuş Grand Santa Fe Qobustan qayalıqlarında sınaqdan çıxdı!

Ölkənin aparıcı avtomobil veriliş və saytları, eləcə də xəbər mediasının nümayəndələrinin ixtiyarına verilən 2 – ağ və qara Grand Santa Fe geniş və nahamar yollarda bütün “bacarıq” və “məharətini” ortaya qoydu. 

Grand Santa Fe adi Santa Fe-nin 7 yerlik versiyası deyil: Hyundai-ın premium sinfə daha bir addımıdır. Bunu lüks təchizat, materialların keyfiyyəti, interyerdə yumşaq plastik, detalların diqqətlə işlənməsi sübut edir. Uzunluğu 22 sm-dək artıb 5 m-ə çatan şəhər krossoverinin ölçüləri ilk təəssüratı yaradır. Xarizmatik görünüşlü avtomobil axtaranlara bu seçim kifayətdir! Yüksək mühəndislik nümunəsi olan Grand Santa Fe lüks görünüşü və qüvvətli mühərriki ilə istənilən yol şəraitində cəsarətli performans nümayiş etdirir. Avtomobilin təklif etdiyi rahatlıq və xüsusiyyətləri test-drayverlər Mercedes GL, Jeep Grand Cherokee, Audi Q7 ilə müqayisə edirlər.

Qobustanda test sürüşündə 7 oturacaqlı, geniş salonlu nəhəng avtomobil usta sürücü əlində kifayət qədər çevik olduğunu göstərdi – “İdman Azərbaycan” telekanalında yayımlanan “Forsaj” verilişinin aparıcısı Rəhim Qurbanovun Grand Santa Fe ilə drifti avtomobilin sürücü istəklərinə cəld reaksiyalarını – sürətlənmə, əyləc, manevr imkanlarını nümayiş etdirdi. Tam ötürücülü, 3.3 litrlik benzin mühərrikli bu avtomobil idman tipli avtomobil (SUV) sevənlərə yeni seçim təqdim olunduğundan xəbər verdi. Ekstrim həvəskarlarının Grand Santa Fe-də diqqətini çəkən detal avtomobilin alt kənarları ilə təkər yuvasının plastiklə haşiyələnməsi oldu – bu, onun gövdəsini nahamar yollarda daş-çınqılla zədələməkdən qoruyur və sürücüyə daha arxayın manevr imkanı verir.

Autograph verilişinin müəlifi və aparıcısı Natiq Zərbəliyev isə avtomobili ailə üçün rahat bir model kimi xarakterizə etdi. Xüsusilə, yumşaqlığı, avtomobilin interyerindəki rahatlıq və genişlik bunu söyləməyə imkan verir. 

Autoday.az bloqunun müəllifi Fuad Musayev lüks sinfində olan SUV-lərdəki bütün seçimlərin Grand Santa Fe-də olmasını qeyd etdi. Avtomobildə oturacaqların ventilyasiyası, panorama dam örtüyü, arxa görüntü kamerası, bluetooth sistemi, yük bölməsinin qapısının avtomatik açılması, üç rejimli sükan, yağış sensoru, elektriklə tənzimlənən güzgü və sərnişin oturacaqları, işıq sensoru rahatlıq amilləridir.

Ksenon ön lampalar, LED duman əlehinə faralar və arxa stop fənərləri Grand Santa Fe-nin eksteryerinə xüsusi vizuallıq verir. Parkinq sensoru, pərdə tipli hava yastıqları, yan, ön, sürücü hava yastıqları isə sürücüyə güvənlik verən elementlərdir. 

Media nümayəndələri avtomobilin qiymətini də diqqətdən qaçırmadılar – day.az saytının korporativ inkişafı üzrə direktoru Nihad Haqverdiyev bütün bu xüsusiyyətləri ilə avtomobilin 35900 manata təklif edilməsinin çox sərfəli təklif olduğunu bildirdi.

Avtosfer.az saytının rəhbəri Elməddin Muradlı da avtomobili test edərək yüksək göstəricilər barədə fikirlərini söylədi. Bildirdi ki, avtomobilin əyləc sistemi olduqca rahat və operativdir. Bu da yol hərəkətində mühim faktordur.

Qeyd edək ki, Hyundai markasını Azərbaycanda “Auto Azərbaycan” şirkəti təmsil edir. Azərbaycan avtomobil bazarının liderlərindən sayılan “Auto Azərbaycan” 20 ilə yaxın bir vaxtda yüksək servis səviyyəsi, orjinal ehtiyyat hissələri və etibarlı zəmanət təklifi ilə müştəriləri arasında etibar qazanıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh